1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakı israillilərin ən çox səfər etdiyi 10 şəhər siyahısında yer alıb
29.08.2019

Bakı, FinanceTime. İsrail vətəndaşlarının 2019-ci ilin yanvar-iyul ayları ərzində ən çox səfər etdiyi xarici ölkə şəhərlərinin siyahısı açıqlanıb.

Bu barədə məlumatı İsrailin nüfuzlu gündəlik qəzeti “Ynet” ölkənin “Amadeus” şirkətinə istinadən açıqlayıb. 

Şirkətin məlumatına görə (,) Bakı 2018-ci ilə nisbətdə 29% artımla İsrail vətəndaşlarının ən çox üz tutduğu şəhərlər sırasında ilk 10-luqda qərarlaşıb. 

İlk 10-luğa, həmçinin Rusiyanın, Gürcüstanın, Bolqarıstanın, Kiprin və Yunanıstanın şəhərləri də daxil olub.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosu 2019-cu ilin əvvəlindən etibarən israilli turistləri hədəfləyən kampaniya həyata keçirir.

Belə ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndə heyəti bu ilin 12-13 fevral tarixlərində Tel-Əviv şəhərində təşkil olunmuş “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2019) sərgisində ölkəmizi təmsil edib.

İsrail mediası üçün Azərbaycana 2 infotur təşkil edilib ki, bu infoturlarda da İsrailin “Laisha”, “Walla!”, “Israel Today”, “Yediot Achronot”, “Passport-Globes”, “Lametayel”, “Mako” kimi tanınmış kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

İyul ayından başlayaraq İsrailin 3500 turagentindən ibarət məlumat bazasına Azərbaycan haqqında aylıq elektron bülletenlər göndərilməyə başlanılıb. 

Aylıq 1.4 milyon istifadəçisi olan və səyahətçilər arasında məşhurluğu ilə tanınan “Lametayel” jurnalında Azərbaycan haqqında geniş məqalə dərc edilib, eyni zamanda jurnalın sosial şəbəkələrdəki hesablarında ölkəmizin turizm potensialını təbliğ edən video və fotolar paylaşılıb.

Bundan əlavə, Azərbaycan Turizm Bürosu davamlı olaraq sosial şəbəkə hesablarında İsrail bazarına hədəflənmiş paylaşımlar yerləşdirir və reklam siyasəti aparır.

Qeyd edək ki, 2018-ci ildə İsraildən Azərbaycana gələnlərin sayı 40082 nəfər təşkil edib.
Bu ilin yanvar-iyul aylarında isə Azərbaycana 24464 İsrail vətəndaşı səfər edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment