1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Kaspersky Lab”: Azərbaycanda şifrələnmə hücumlarının sayı artır
29.08.2019

“Kaspersky Lab” şirkətinin hesablamalarına görə, 2019-cu ilin ikinci rübündə Azərbaycan istifadəçiləri arasında şifrələnmə proqramları ilə hücumların sayı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 0.72% -dən 0.85%-ə qədər artıb.

Aprel-iyun aylarında bu istiqamətdə MDB ölkələri arasında ən aktiv “WannaCry” ailəsi olub. Belə ki, hər beş şifrələnmə hücumundan biri onun iştirakı ilə həyata keçirilib. Bu troyana qarşı “patch” 2017-ci ildə, yəni, bu epidemiyanın yaranmasından iki ay əvvəl buraxılsa da, “WannaCry” hələ də ciddi təhlükə yaradır. MDB ölkələri arasında ikinci yerdə “GandCrab” qərarlaşıb. Liderlərin üçlüyünü “Shade” proqramı tamamlayır. Hücumların 11% bu şifrələnmə proqramı ilə həyata keçirilir.

Ümumilikdə, aprel-iyun aylarında 230 mindən çox istifadəçiyə şifrələnmə proqramları ilə hücum edilib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 46% çoxdur.

“İyun ayının əvvəlində, son il yarımın ən çox yayılmış zərərli proqramlardan biri olan “GandCrab”ın müəllifləri fəaliyyətlərini dayandırdıqlarını elan etsələr də, ikinci rübdə şifrələnmə proqramları ilə hücumların artdığını müşahidə etdik. “GandCrab” proqramı şifrələnmənin nə qədər səmərəli ola biləcəyini nümayiş etdirdi. Yayılmış bəzi məlumatlara görə, onun yaradıcıları kifayət qədər “qazandıqları” üçün fəaliyyətlərini dayandırdılar. Biz güman edirik ki, “GandCrab”ı əvəzləyəcək digər zərərli proqramlar hərəkətə keçəcək.  İstifadəçilərə xatırladırıq ki, cihazlardakı proqram təminatını mütəmadi yeniləmək və etibarlı qoruyucu həll istifadə etmək lazımdır”, - bunu “Kaspersky Lab” şirkətinin baş antivirus mütəxəssisi Fyodor Siniçın deyib.

Şifrələmə proqramı ilə cihazın yoluxma riskini azaltmaq üçün “Kaspersky Lab” bunları tövsiyə edir:

• əməliyyat sistemini mütəmadi olaraq yeniləyin və “patch”-ları vaxtında quraşdırın;

• etibarlı qoruyucu həllər istifadə edin;

• faylların şifrələndiyi halda heç vaxt ödəniş etməyin, çünki bu sənədlərə girişin geri qaytarılmasını təmin etmir. Mütəxəssislərə müraciət edin və ya şifrələmə açarını https://noransom.kaspersky.ru/  saytından tapmağa çalışın.

• Hər zaman faylların nüsxəsini çıxarıb ayrıca saxlayın.

2019-cu ilin ikinci rübü üzrə informasiya təhdidlərinin inkişafı barədə məlumatları linkə daxil olaraq əldə edə bilərsiniz: https://securelist.ru/it-threat-evolution-q2-2019-statistics/94476/.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment