1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı Transformasiya Ofisi formalaşdırır
27.08.2019

Bakı, FinanceTime. Texnologiyaların sürətli inkişafı, müştəri tələblərinin yüksəlməsi, rəqabətdə baş verən dəyişikliklərə uyğunlaşa bilmək böyük biznes qurumlarının davamlı transformasiyasını tələb edir. Azərbaycan Beynəlxalq Bankı öz Transformasiya tədbirlərinin effektiv icrası məqsədilə beynəlxalq təcrübəyə uyğun olaraq Transformasiya Ofisinin qurulmasına başlayıb və burada işə qəbul üçün vakansiyalar elan edib.

Transformasiya Ofisində işə qəbul olunan hər bir işçi Bankın digər struktur bölmələrinin əməkdaşları ilə birgə çalışacaq. Azərbaycan Beynəlxalq Bankının bu irimiqyaslı layihəsində yaxından iştirak ona bərabər imkanlar mühitində uğurlu karyera qurmaqla yanaşı, komanda işi vərdişlərini daha da təkmilləşdirmək, yeni bilik və bacarıqlar əldə etmək, xüsusilə beynəlxalq konsultantlarla müştərək iş mühitində əlavə təcrübələr qazanmaq fürsəti yaradacaq.

Vakansiyalar üzrə vəzifə öhdəlikləri, namizədlərə tələblər və müraciət qaydaları ilə buradan tanış olmaq mümkündür: https://www.ibar.az/az/about-bank/human-resources/

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment