1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi çərçivəsində uşaqları və məcburi köçkünləri sevindirdi
26.08.2019

Bakı, FinanceTime. Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə rayonlarında həyata keçirdiyi layihənin son tədibirini avqust ayının 26-da qədim Gəncədə təşkil etməyə qərar verdi.

Daima sosialyönümlü layihələrə dəstək olan şirkət Gəncə səfəri zamanı Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan "Regional İnkişaf" İctimai Birliyi ilə birgə burada yerləşən Gəncə uşaq evinin sakinləri ilə görüşüb. Uşaq evində məskunlaşan 70 uşağa müxtəlif məktəb ləvazimatlarının olduğu çantalar hədiyyə edilib.

Ölkənin lider mobil operatoru Azercell Telekom, həm də öz fəaliyyətində insanların həyat səviyyəsinin yüksəldilməsinə istiqamətlənmiş onlarla sosial layihənin təşəbbüskarı olub ki, bu layihələr sırasında “Mobil Göz Klinikası” və “Mobil Diş Klinikası” xüsusi yer tutur. Fəaliyyət göstərdikləri müddət ərzində bu səyyar klinikalar yalnız Bakıda deyil, həm də regionlarda valideyn himayəsindən məhrum uşaqları, qocaları, aztəminatlı ailələri, məcburi köçkünləri müayinə və müalicə edib.

Bu dəfəki səfərə qoşulan “Mobil Göz” və “Mobil Diş” klinikaları Gəncədə yerləşən SOS Uşaq kəndində 70-dən çox uşağı müayinədən keçirib. Müayinə və ilkin müalicə tədbirlərindən sonra uşaqlara  hədiyyələr təqdim edilib.

Səfərin davamında Azercell Telekom və "Regional İnkişaf" İctimai Birliyinin nümayəndə heyəti Gəncə Qaçqın qəsəbəsi, Gəncə Dəmiryol yataqxanası, Neft bazası, Asfalt zavodunun inzibati binasında məskunlaşan Xocalı, Ağdam, Kəlbəcər, Laçın və Şuşadan olan qaçqın və məcburi köçkün ailələrilə görüşüb. Görüş zamanı 800 ailəyə şirkət tərəfindən müxtəlif məişət avadanlıqları hədiyyə edilib.

Yüksək texnologiyaların yaratdığı geniş imkanları təqdim edən “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi çərçivəsində məcburi köçkünlərin qəsəbəsində keçirilən tədbirdə müxtəlif innovativ oyunlar, interaktiv əyləncələr yer alıb. Təşkil edilən müsabiqə və oyunların iştirakçılarına Azercell tərəfindən müxtəlif hədiyyələr verilib. Bu tədbirlərə müvafiq İcra Hakimiyyətlərinin rəhbərliyi və nümayəndələri də qatılıb.

Bu gün axşam isə Gəncə şəhərində həyata keçirilən sosial təşəbbüslərdən sonra şəhərin sakinləri və qonarqları Azercell-in təşkil etdiyi rəngarəng əyləncəli proqramdan zövq almaq imkanı qazanacaq. 

Əsas hədəfi fəaliyyət göstərdiyi sahədə meydana gələn tendensiya və trendləri hamı üçün əlçatan etmək olan Azercell iyul ayının 30-dan etibarən Naxçıvan, Ordubad, Şərur, Quba, Qusar, Xaçmaz, Sumqayıt, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay, Şəki, Zaqatala, Bərdə, Cocuq Mərcanlı kəndində, Mingəçevir, Yevlax, Lənkəran, Qazax, Tovuz, Şəmkir bölgələrində “Rəqəmsal Dünyanı Yarat” layihəsi çərçivəsində keçirilən tədbirlərdə 100 mindən çox insanı bir araya toplayıb.

4G şəbəkəsini gücləndirən və genişləndirən Azercell, son yarım ildə ölkədə telekommunikasiya sahəsinin inkişafına 63 milyon manatdan artıq vəsait yatırıb. Bu müddət ərzində şirkət əhali əhatəsi dairəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə, həmçinin günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artıma nail olub. Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsi 4G şəbəkəsinin əhatə dairəsindədir.

azercell

azercell

azercell

azercell

azercell

azercell

azercell

     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment