1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı Masallıda filial açdı
26.08.2019

Bakı, FinanceTime. Azərbaycan Beynəlxalq Bankı müştərilərin, biznes subyektlərinin bank xidmət və məhsullarına əlçatanlığının təmin olunması məqsədilə xidmət şəbəkəsini daha da genişləndirir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi bank Masallıda yeni filialını açıb. Bununla da Azərbaycan Beynəlxalq Bankının filiallarının sayı 37-ə, umumi müştəri xidməti ofislərinin sayı isə 76-a çatıb. Bankın yeni filialı Masallı şəhəri, Heydər Əliyev prospekti - 34 ünvanında fəaliyyət göstərəcək.

Azərbaycan Beynəlxalq Bankının vahid korporativ üslubunda inşa edilərək müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filial binasında müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.

Fərdi və korporativ müştərilər Azərbaycan Beynəlxalq Bankının Masallı filialında kassa-hesablaşma əməliyyatları, istehlak və biznes kreditləri, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli bank məhsul və xidmətlərindən istifadə edə bilərlər.

Azərbaycan Beynəlxalq Bankının Filiallarla iş departamentinin direktoru Emil Qədimov bildirib ki, filialların transformasiyası çərçivəsində xidmət ofislərinin müasirləşdirilməsi ilə yanaşı, geniş müştəri potensialına malik regionlarda bankın yeni filial və şöbələrinin yaradılması imkanları da dəyərləndirilir: “Masallı rayonu biznesin getdikcə inkişaf etdiyi, kiçik və orta sahibkarlıq fəaliyyətinin genişləndiyi, əhalinin bank xidmət və məhsullarına tələbatının artdığı rayonlarımızdandır. Yeni filialımız regionda maliyyə resurslarına çıxış imkanlarını asanlaşdıracaq, müştərilərimizin ehtiyaclarını ən yüksək səviyyədə təmin edəcək”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment