1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank biznes kreditinin faiz dərəcəsini bir qədər də azaltdı
23.08.2019

Bakı, FinanceTime. İndi biznes sahibləri “Unibank”dan biznes kreditini 16 %-lə, girovsuz və cəmi 15 dəqiqə ərzində onlayn şəkildə götürə bilərlər. Bank yerli biznesin inkişafına dəstək məqsədilə overdraft krediti faizlərini bir qədər də azaldıb. Overdraft kredit faizləri “Loyallıq” layihəsi üzrə 2%, “Ekvayrinq” üzrə 3%, “Əmək haqqı” layihəsi üzrə isə 6% aşağı salınıb.

Overdraft kreditlər biznes sahiblərinin təxirəsalınmaz qısa müddətli tələblərinin operativ şəkildə təmin edilməsi üçün çox əlverişlidir. Maksimal məbləği 100.000 AZN-dək olan bu kreditlərin məhsulun şərtlərindən asılı olaraq, banka faizsiz qaytarılması imkanı da mövcuddur.

“Unibank”dan overdraft krediti götürməyin digər üstünlüyü də biznes sahibinin bu vəsaiti banka gəlmədən, dəqiqələr ərzində, birbaşa hesabından əldə etməsidir. Azərbaycanda ilk dəfə olaraq korporativ müştərilərinə onlayn kredit xidmətləri təqdim edən Unibank, biznes sahiblərinin cəmi 15 dəqiqə ərzində lazım olan vəsaiti əldə etməsinə imkan yaradıb.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından https://www.unibank.az/az/corporate/index  əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment