1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank BTB-də Rəqəmsal Bankçılıq Departamentinə direktor təyin edilib
22.08.2019

Bakı, FinanceTime.  Bank BTB-da daha bir Departament yaradılıb və ona rəhbər təyin edilib. Belə ki, Pavel Karpenko Bank BTB-nin Rəqəmsal Bankçılıq departamentinin direktoru vəzifəsinə təyinat alıb. O, bankda proqramlaşdırma və rəqəmsal inkişaf proseslərinə rəhbərlik edəcək.

Pavel Karpenko Azərbaycan Neft Akademiyasının Tədbiqi Riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Pavel Karpenko maliyyə strukturunda İT İdarəetmə, Məlumat Təhlükəsizliyi, Bizness Proseslərin və Xidmətlərin Rəqəmsal Transformasiya  inkişafı sahəsində geniş ixtisaslaşma üzrə fəaliyyət göstərib. Pavel Karpenko peşəkar fəaliyyətinə baş proqramçı kimi başlayaraq Muganbank-da Departament rəhbərinədək peşəkar yol keçmişdir.

İnformasiya Sistemlərinin Təhlükəsizliyi üzrə Sertifikatlı Peşəkar (CISSP), Bankın davamlı fəaliyyətinin təşkili, SAP Bizness Obyektləri, Oracle OCP, Microsoft ASP.NET və başqa istiqamətlər üzrə sertifikatlaşdırılmış kurslardan və təlimlərdən keçib.

Qeyd edək ki, Bank “BTB” ASC-də 2019-2021-ci illər üçün yeni təsdiqlənmiş strateji planında rəqəmsal bankçılığın inkişafı xüsusi yer alıb. Belə ki, yeni inkişaf strategiyası çərçivəsində bank diqqət və resurslarını müştərilərinin biznes ehtiyaclarına uyğun rəqəmsal həllərin yaradılmasına yönəldib. Əsas hədəf daim inkişaf edən və innovativ texnologiyalarından istifadə edərək Bankın mövcud əməliyyatlarını alternativ rəqəmsal kanallar vasitəsi ilə rahat, tez və təhlükəsiz qaydada həyata keçirilməsini təmin etməkdir.

Xatırladaq ki, Bank “BTB” ASC 2019-2021-ci illər üçün yeni strateji planın çərçivəsində yeni kadrların cəlb olunması prosesinə start verib. Bundan öncə bankda Kreditlər, Hüquq və Marketinq departamentlərində təyinatlar edilib. Hal-hazırda qeyd olunan istiqamətlər üzrə bankda aktiv vakansiyalar http://bit.ly/2KpKQTm mövcuddur.

Bank haqqında daha ətraflı məlumatı  bankın Məlumat Mərkəzinin (012) 946 qısa nömrəsindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment