|
|
|
Fond birjası | | | Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilmişdir |
22.08.2019 | |
| |
Bakı, FinanceTime. 21 avqust 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101776S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 16 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26%) olan 28 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 617 588 900.00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200,000,000.00 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 18.09.2019
|
|
|
|