1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta «Zərif Əllərin Gücü» sosial layihəsini uğurla reallaşdırıb
21.08.2019

Bakı, FinanceTime. PAŞA Sığortanın təşəbbüsü, PAŞA Holdinqin dəstəyi və WoWoman Azərbaycan cəmiyyətinin təşkilatçılığı ilə keçirilən «Zərif Əllərin Gücü» korporativ sosial məsuliyyət layihəsi uğurla yekunlaşıb.

Beş ay müddətində davam edən layihə çərçivəsində sosial və maddi dəstəyə ehtiyacı olan 40 nəfər qadın müxtəlif mövzularda təşkil olunan təlim sessiyalarında nəzəri, həmçinin praktiki bilik və bacarıqlar əldə ediblər. Təlim blokunun ilk mərhələsində layihə iştirakçıları peşəkar dərzilik kurslarında iştirak edərək sözügedən peşənin incəliklərinə yiyələniblər. Bununla yanaşı, layihə iştirakçılarının sahibkarlıq vərdişlərinin inkişaf etdirilməsi məqsədilə PAŞA Sığorta mütəxəssisləri tərəfindən büdcə planlaşdırılması, insan resurslarının idarəolunması, müştəri məmnuniyyəti, marketinq və təqdimat bacarıqları mövzularında təlimlər keçirilib.

Təlim sessiyalarının yekununda PAŞA Sığorta şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova layihə iştirakçıları ilə görüşərək öz dəyərli məsləhətlərini paylaşıb və iştirakçıları sertifikatlarla təltif edib. Təqdirəlayiqdir ki, artıq layihənin bir neçə iştirakçısı fərdi dərzilik fəaliyyətinə başlayaraq uğurla fəaliyyət göstərirlər.

Qeyd edək ki, «Zərif Əllərin Gücü» layihəsi maddi baxımdan ehtiyacı olan qadınların iqtisadi potensialını və sahibkarlıq fəaliyyətini artırmaq, onların müasir dövrün və əmək bazarının tələblərindən irəli gələn istiqamətlər üzrə inkişaf etdirilməsi məqsədilə həyata keçirilib.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. PAŞA Holdinq qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment