Bakı, FinanceTime. Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC – nin AZ2038008689 ISIN-li, 20 mln manat həcmində, 23 il tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 000 000,00 manat olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 000 000,00 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 23 mart 2042-ci ildir.