1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Gəncə-Qazax regionunun turizm bələdçiləri üçün təlim keçirilib
19.08.2019

Bakı, FinanceTime. 10-15 avqust tarixlərində Azərbaycan Turizm Bürosu, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası və “Regional İnkişaf” İctimai Birliyi Şəmkir rayonunda turizm bələdçiləri üçün təlim təşkil edib.

Təlim Avropa İttifaqı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən maliyyələşdirilən "Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək (SLRD)" layihəsi çərçivəsində keçirilib.
 
“Gəncə-Qazax iqtisadi rayonunda tematik marşrutlar üzrə turizm bələdçilərinin hazırlığı” mövzusunu əhatə edən təlimlərdə iki qrupa bölünməklə regiondan olan 30 nəfər iştirak edib.

Onlara Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının beynəlxalq standartlarını əks etdirən proqram tədris olunub.

İştirakçılar üçün şərabçılıq turizmi, təbiət turizmi, gəzinti və məkan turu kimi praktiki hissə də təşkil olunub və kreativ ideyaların aşılanması məqsədilə tematik marşrutların tərtibatı istiqamətində dərslər keçirilib.

Beynəlxalq təlimçi Səkinə Əsgərova tərəfindən tədris olunan təlim proqramı çərçivəsində iştirakçılar “Alman irsi mədəniyyət evi”ni ziyarət ediblər və orada nümayiş olunan materiallarla tanış olublar.

Sonda təlimə cəlb olunanların bilik səviyyəsinin müəyyən edilməsi məqsədilə nəzəri attestasiya təşkil olunub.

Avqustun 23-də imtahan nəticələri açıqlanacaq və uğur qazanan şəxslər Azərbaycan Turizm Bələdçiləri Assosiyasiyasının “Regional turizm bələdçisi” şəhadətnaməsi ilə təltif ediləcəklər.

Qeyd edək ki, daha əvvəl Şəki-Zaqatala regionunu əhatə etmiş müvafiq təlimlərin ölkəmizin digər bölgələrində də keçirilməsi planlaşdırılır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment