1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-in Rəqəmsal Dünyası Cocuq Mərcanlıda
16.08.2019

Bakı, FinanceTime. Ölkənin telekommunikasiya sahəsinin lideri “Azercell Telekom” MMC avqust ayının 15-də Cocuq Mərcanlıya səfər edib. Sosial yönümlü layihələrin dəstəkçisi və təşəbbüskarı olan şirkət Cəbrayıl rayonu, Novruz Aslanov adına Cocuq Mərcanlı kəndi tam orta məktəbinin şagird və müəllimləri ilə görüşüb, onları məktəb ləvazimatları və digər hədiyyələrlə mükafatlandırıb. Tədbir zamanı orta məktəbin direktoru Zamin Həziyev Azercell-in bu təşəbbüsünü yüksək qiymətləndirdiyini vurğulayıb. Azercell-in “Mobil Göz” və “Mobil Diş” klinikaları da səfərə qoşulub. Klinikalar 60-dan çox Cocuq Mərcanlı sakinini müayinədən keçirib. Fəaliyyətləri boyunca Azercell-in klinikaları on minlərlə valideyn himayəsindən məhrum olmuş uşaqlara, aztəminatlı ailələrə, yaşlılara və məcburi köçkünlərə tibbi yardım göstərib.

Qeyd edək ki, Cocuq Mərcanlı düşmən işğalından azad olunduqdan sonra Azercell bu ərazidə stansiya quran ilk operator olub. Cari ilin yanvar ayında bura səfər edən Azercell kənd sakinlərinə nömrələr və digər dəyərli hədiyyələr təqdim edib.

Yeni bağlantı erasında istifadəçilərin artan tələblərini qarşılamaq üçün Azercell 2018-2019-cu illərdə ölkə boyu 4G şəbəkəsini gücləndirib və genişləndirib. Bu müddət ərzində ölkənin 60-a yaxın rayon və şəhərində 1007 yeni LTE stansiyası qurulub, ümumi stansiyaların sayı 7000-i ötüb. Azercell son yarım ildə ölkədə telekommunikasiya sahəsinin inkişafına 63 milyon manatdan artıq vəsait yatırıb. Bunun sayəsində şirkət əhali əhatəsi dairəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə nail olub. Həmçinin günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alınıb.

Şirkət analoji səfərlərini avqust ayı ərzində davam etdirəcək.


azercell

azercell

azercell

azercell

azercell

azercell

azercell

azercell

azercell

azercell

azercell

azercell

azercell

azercell

azercell

azercell

azercell

azercell


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment