1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank “BTB” Hüquq Departamentində təyinat
15.08.2019

Bakı, FinanceTime.  Kadrlar siyasətinə ciddi dəyişikliklər edən Bank “BTB” Hüquq Departamentinə direktor təyin edib. Belə ki, iyul ayından etibarən Vüsal Ələkbərov Hüquq Departamentinə direktor təyin edilib. O, bankın bütün hüquqi və məhkəmə proseslərinə və Departamentin nəzdində fəaliyyət göstərən iki şöbəyə rəhbərlik edəcək.

Vüsal Ələkbərov Azərbaycan Universitetində Beynəlxalq hüquq fakültəsində, hüquqşünas ixtisasına 1997-2001 –ci illərdə yiyələnmiş, fəaliyyətinə hüquqşünas kimi başlayaraq Bank Respublika-da Departament rəhbərinədək peşəkar yol keçmişdir. Əlavə olaraq, 2012-ci ildən AR Vəkillər kollegiyasının üzvüdür.

Vüsal Ələkbərov geniş ixtisaslaşma üzrə fəaliyyət göstərib və maliyyə, bank, mülki-prosessual, cinayət, cinayət-prosessual, inzibati, inzibati-prosessual, korporativ, icra, mülkiyyət və mülki hüququn digər sahələri üzrə hüquqi xidmətlərin göstərilməsi üzrə müxtəlif biliklərə və bacarıqlara malikdir.

Qeyd edək ki, Bank “BTB” ASC 2019-2021-ci illər üçün yeni strateji planını təsdiqləyib. Yeni inkişaf strategiyası çərçivəsində effektiv hüquqi xidmətin təşviqi və təbliğatı ön plana çəkilib. Daim təkmilləşən qanunvericiliyin izlənməsi, nəzarət orqanları ilə mütəmadi və stabil kommunikasiyanın yaradılması, bütün bunlarda hüquq xidmətinin rolu, məqsədləri, vəzifələri və təşkili metodları, əlavə olaraq hüquqi bazanın yaradılması prioritet hədəf olaraq müəyyənləşdirilib.

Bank haqqında daha ətraflı məlumatı  bankın Məlumat Mərkəzinin (012) 946 qısa nömrəsindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment