1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İstedadların Rəqəmsal Sponsoru Azercell Olimpiadanın qaliblərini mükafatlandırdı
14.08.2019

Bakı, FinanceTime. Azərbaycanın lider mobil operatoru Azercell-in İstedadların Rəqəmsal Sponsoru qismində çıxış etdiyi
4-11 avqust tarixlərində Bakı şəhərində keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadası iştirakçıların qızğın mübarizələrindən sonra başa çatdı. Azərbaycan komandası da daxil olmaqla, 88 ölkədən 600-dən çox şagird, müəllim və ekspertin qatıldığı Olimpiadanın qalibləri 10 avqust tarixində Heydər Əliyev Mərkəzində keçirilən rəsmi Qapanış Mərasimində açıqlandı. Belə ki, 1-ci yerin sahibi ABŞ-nı təmsil edən Benjamin Qi, 2-ci yerin sahibi Rusiyanı təmsil edən İldar Gainullin, 3-cu yerin sahibi isə Kanadanı təmsil edən Zixiang Zhou adlı iştirakçı olub. Qeyd edək ki, Benjamin Qi ötən il Yaponiyanın Tsukuba şəhərində keçirilən olimpiadanın da qalibi olub. Azərbaycanı təmsil edən iştirakçılara gəlincə, Murad Eynizadə və Abutalıb Namazov ən yaxşı göstəricilər nümayiş etdirərək 232 reytinq xalı ilə Olimpiada cədvəlində öz yerlərini tutublar. Rəsmi mərasimdə Azercell Telekom-un prezidenti Vahid Mürsəliyev, digər təşkilati qurum və sponsorların rəhbərləri iştirak edib, qalibləri təntənəli şəkildə medalla təltif ediblər. 

Bir daha qeyd edək ki, Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirildi. Əlavə olaraq, Olimpiadanın rəsmi Qlobal Sponsoru qismində Acer şirkəti və İstedad Sponsoru qismində PAŞA Bank çıxış edib. Xatırladaq ki, 2017-ci ildən etibarən Azercell şirkəti Təhsil Nazirliyi ilə birgə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi vasitəsilə azərbaycanlı olimpiyadaçılar üçün xüsusi hazırlıq məşğələlərinin təşkilində iştirak edir. İstedadların Rəqəmsal Sponsoru olmaqla yanaşı, Azercell şirkəti həm də yarışmaçılar və onları müşayiət edən heyəti Azərbaycanda olduqları müddət ərzində mobil internet və xüsusi hədiyyələrlə də təmin etmiş oldu.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment