1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Kartla xərcləmək sərfəlidir!” - Azərbaycan Beynəlxalq Bankından yeni kampaniya
09.08.2019

Bakı, FinanceTime. Ölkəmizdə nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə Azərbaycan Beynəlxalq Bankı yeni “Kartla xərcləmək sərfəlidir!” devizi altında kampaniyaya start verib. Kampaniya 12 avqustdan 30 sentyabra qədər olmaqla 7 həftəni əhatə edir.

Bu müddətdə ölkə daxilində və ölkədən xaricdə POS terminallar, yaxud elektron ticarət sistemləri vasitəsilə Azərbaycan Beynəlxalq Bankının kartları ilə həftə ərzində minimum 10 manatdan az olmayaraq ən çox sayda ödəniş əməliyyatı aparmış müştərilər müxtəlif məbləğlərdə pul uduşları qazanacaqlar.

Hər həftə əməliyyatların sayı nəzərə alınmaqla 50 qalib müştəri seçiləcək. Bu müştərilərin qazanacaqları uduş məbləğləri 20 manatdan 100 manatadəkdir. Uduşlar növbəti həftə onların kart hesablarına ödəniləcək. Sonda isə kampaniyanın əsas mükafatlarının qalibləri - yəni bütün kampaniya dövründə bankın kartları ilə say etibarilə ən çox nağdsız ödəniş etmiş 5 müştəri müəyyənləşəcək.

5-ci yerin qalibi Azərbaycan Beynəlxalq Bankından 300 manat, 4-cü yerin qalibi 500 manat, 3-cü yerin qalibi “Qalaaltı hotel&SPA” mərkəzinə 2 nəfərlik, 5 günlük hədiyyə paketi, 2-ci yerin qalibi “İphone X” smartfonu, 1-ci yerin qalibi isə İstanbula 2 nəfərlik, 7 günlük səyahət paketi qazanacaq.

Bir gün ərzində eyni kart vasitəsilə eyni ödəniş məntəqəsində və ya eyni internet səhifəsində aparılmış əməliyyatlar kampaniyanın şərtlərinə görə, ümumiləşdirilərək 1 əməliyyat sayılır. Kampaniya korporativ və biznes kartlarına, onlayn kredit ödənişlərinə, maliyyə institutlarının fəaliyyət sahəsi üzrə aparılan əməliyyatlara aid deyil.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az  internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment