1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Lizinq


E.Əhmədov: “Joint Leasing ölkə sahibkarlarının lizinq tələbatını problemsiz ödəməyə hazırdır”
21.05.2012

Bakı, Finance Time. Ölkənin lider lizinq şirkəti Joint Leasing Company maliyyə bazarında uğurlu fəaliyyətini davam etdirir. Lizinq bazarında nisbi sakitliyə və sahibkarların maliyyə fəaliyyətinin əvvəlki illərə nisbətdə səngiməsinə baxmayaraq, Joint Leasing Company cari ilin əvvəlindən iş adamlarını fasiləsiz maliyyələşdirmiş, nəticədə əsas göstərciləri üzrə əhəmiyyətli artıma nail olmuşdur.

Belə ki, bu ilin ilk kvartalı ərzində Joint Leasing şirkəti lizinq portfelini 3,4  mln. manat artırmış, şirkətin lizinq portfeli 1 aprel 2012-ci il tarixinə 32,86 mln. manat təşkil etmişdir. Ümumilikdə, maliyyələşdirilmiş layihələrin sayı bu ilin 1 aprel tarixinə 188-ə çatmışdır. Həmin tarixə maliyyələşdirilmiş avadanlıqların dəyəri isə 26,12 mln. manat olmuşdur ki, bundan da 1,67 mln. manatlıq avadanlıq bu ilin yanvar-aprel ayları ərzində maliyyələşdiriləndir.  

Şirkətin baş direktoru Elçin Əhmədovun dəyərləndirilməsinə görə, Joint Leasing Company maliyyə imkanları baxımından hazırda bazarın ən fəal iştirakçısıdır. E.Əhmədovun sözlərinə görə, lizinqin bütün növlərini təklif edən şirkət, hər zaman olduğu kimi bu gün də ölkə sahibkarlarının lizinq tələbatını problemsiz ödəməyə hazırdır.

Şirkət bu ilin sonuna kimi maliyyələşdirdiyi layihələrin sayını və həcmini artırmaqda davam edəcək. Şirkətin səhmdarı olan, ölkənin ən böyük bankı Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi sayəsində ən iri lizinq layihələrini belə qarşılamağa hazır olan Joint Leasing ilin sonuna kimi göstəricilərini daha da yaxşılaşdırmaq niyyətindədir. Lizinq vasitəsi ilə avtomobil, ağır yol və tikinti texnikası, müəssisə və istehsalat avadanlıqları, biznes obyektləri almaq istəyən hüquqi və fiziki şəxslər heç bir tərəddüd etmədən Joint Leasing şirkətinə müraciət edə bilərlər.

Joint Leasing Company 2007-ci il 14 iyun tarixindən etibarən “Azərlizinq” şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərir. Joint Leasing şirkətinin təsisçiləri Böyük Britaniyanın DH Leasing LTD şirkəti (52,4%) və Azərbaycan Beynəlxalq Bankıdır (47,6%). Hazırda şirkətin nizamnamə kapitalı 700 min manat təşkil edir. Azərbaycanın ilk lizinq şirkəti olan “Azərilizinq” BM 1999-cu ildə yaradılıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment