1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Youth Inc.”Avropada fəliyyət göstərən təşkilat tərəfindən mükafatlandırılıb
08.08.2019

 Bakı, FinanceTime.  “Youth Inc.” Sahibkarlıq Proqramı “New Generation” layihəsinin bağlanış mərasimində “Avropa İttifaqının Gənc Sahibkarlar Təşkilatı”nın (JEUNE) birinci vitse-prezidenti və Qlobal Komitəsinin Patrik Kovacs tərəfindən “2019-cu il üzrə Gənc Sahibkarlara Dəstək üçün Ən Yaxşı Təşəbbüs” mükafatı ilə təltif edilib.

Mükafatı təqdim edən Patrik Kovacs: “İlk öncə təşkilatımız adından, 7 ildir “Youth Inc.” ilə qarşılıqlı tərəfdaşlıq etməkdən qürur hissi duyduğumuzu qeyd etmək istəyirəm. Mən ən sonuncu dəfə 7 il əvvəl Azərbaycanda olarkən startap və biznes ekosistemi hal-hazırda olan səviyyədə deyildi. 7 il ərzində çox böyük müsbət dəyişikliklər, uğurlar və nəticələr artıq gözə çarpır. Bunların demək olar ki, böyük qismində “Youth Inc.” Sahibkarlıq Proqramı və Biznes İnkubasiya Mərkəzinin istisnasız rolu böyükdür. Hətta mən deyə bilərəm ki, böyük biznes ideyaları kiçik kəndlərdə yaxud iri şəhərlərdən çıxa bilər. Amma bunların reallaşdırılmasında hər zaman biznesə dəstək verən qurumların rolu böyük olur. Məsələn “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən həyata keçirilən “New Generation” layihəsinin də yaratdığı imkanlar buna bariz nümunədir”.

Mükafatı alan, “Youth Inc.” Sahibkarlıq proqramın meneceri, Zaur Ünsizadə, yüksək qiymətləndirməyə və mükafata görə “Avropa İttifaqının Gənc Sahibkarlar Təşkilatına” və şəxsəncənəb Patrik Kovacsa təşəkkürünü bildirmiş, mükafatın arxasında böyük komanda işinin və “New Generation” layihəsinin tərəfdaşlarının dəstəyininolduğunu xüsusi olaraq qeyd edib.

Bakıya olan səfər zamanı cənab Kovacs həmçinin, Azərbaycan Respublikasının Gənclər və İdman Naziri cənab İntiqam Babayev, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov və Azərbaycan Sahibkarlar Konfederasiyasınn vitse-prezidenti Vüqar Zeynalov ilə görüşlər keçirib.

"Youth Inc." Sahibkarlıq Proqramı öz fəaliyyətinə 2011-ci ildən pilot layihə olaraq uğurla başlamış, 2012-ci ildə "Avropa Birliyinin Gənc Sahibkarlar Təşkilatına" (JEUNE) üzv olduqdan sonra 2013-cü ildə "Coca-Cola" Şirkəti, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və "Vətəndaş Cəmiyyətində Debat" (DVC) təşkilatının ortaq memorandumu əsasında aktiv fəaliyyətə başlamışdır. Proqramın əsas məqsədi Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı, ənənəvi və innovativ sahibkarlıq üzrə savadlılığın və sahibkarların artırılmasıdır. 2015-ci ildən etibarən "Youth Inc." öz Biznes İnkubasiya Mərkəzini ilə fəaliyyət göstərir. Qeyd edək ki, "Youth Inc." Sahibkarlıq Proqramı, fəaliyyət və layihələrinin nəticəsi olaraq 31 biznes layihəsini uğurla inkişaf etdirmiş, 44 biznesə dəstək göstərilmiş, 200-dən çox iş imkanı yaradılmış və 10300-dən çox gənc əhatə edilmişdir. Həmçinin "Youth Inc." gənclər arasında sahibkarlıq fəaliyyətinin geniş təbliğinə görə 2017-ci ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılıb. Proqram hal-hazırda “Beynəlxalq Biznes İnkubatorlar Assosasiyası” (inBIA) və “Qlobal Sahibkarlıq Həftəsinin” (GEW) Azərbaycanda yeganə təmsilçisi, "Global Shapers Community"-nin və “Amerika-Azərbaycan Ticarət Palatasının” (AmCham) yeganə Biznes İnkubator üzvü, "Google for Startups" tərəfindən dəstəklənən "Startup Grind Baku Hub"-un tərəfdaşıdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment