1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank of Baku-nun İnternet Bankçılığına daxil olmaq indi daha asan!
07.08.2019

Bakı, FinanceTime. Ölkənin innovativ bankı – Bank of Baku, müştərilərini sevindirəcək daha bir yeniliyə imza atdı.

Belə ki, indi Bank of Baku-nun DostBank mobil tətbiqini istifadə edən müştəriləri İnternet Bankçılığa  QR Login vasitəsilə daxil ola biləcəklər. Bunun üçün müştəri,

* Komputerdən İnternet Bankçılığa (https://www.e-bankofbaku.com/InterBank/login) daxil olmalı;

* “Kabinetə daxil olun” pəncərəsindən QR Login bölməsini seçməli;

* Telefonda DostBank mobil tətbiqini açmalı;

* Mobil tətbiqin QR Login hissəsinə daxil olmalıdır.

 

Daha sonra komputerdə olan QR kodu telefonda açılan QR Login kamerası ilə skan etmək lazımdır. QR kod skan edildikdən sonra, komputer ekranında müştərinin internet bankçılıq səhifəsi avtomatik açılacaqdır. Yəni, müştəri heç bir müştəri kodu və ya şifrə daxil etmədən internet bankçılığa rahatlıqla daxil ola və tamamilə təhlükəsiz şəraitdə bank əməliyyatlarını icra edə biləcək.

Bank of Baku-nun İT sahəsinin rəhbəri Anar Abbasov təqdim edilən yenilik barədə danışarkən bildirib ki, “Müştərilərin QR koddan istifadə etməklə internet bankçılığa sürətli, rahat və eyni zamanda təhlükəsiz daxil ola bilmələri onların simasında o qədər xoş təəccüb hissi yaradır ki, bizi QR kodlarla daha da maraqlı eksperimentlər aparmağa həvəsləndirir. Məlumat üçün bildirim ki, bu ilin sonuna qədər bizi seçən müştərilərdə “WoW effekti yaradacaq” QR kod əsaslı yeni funksiyaları təqdim edəcəyik.”

DostBank - Mobil Bankçılıq tətbiqi müştərilərə mobil telefon vasitəsilə bank əməliyyatlarını onlayn rejimdə həyata keçirmə imkanı verir. DostBank mobil tətbiqi ödənişsizdir və tətbiqi Android və ya İOS istifadəçisi olan istənilən Bank of Baku müştərisi aşağıdakı linklərdən yükləyə bilər:

* Google Play  - https://bit.ly/2T2bGU3

App Store - https://apple.co/2ysKSCO 

 

İnternet Bankçılıq xidməti isə müştərilərə məkan və ya zaman fərqi olmadan birbaşa internet vasitəsi ilə müxtəlif bank əməliyyatlarını icra edə bilmə imkanı verən proqram təminatıdır. Qeyd edək ki, Bank of Baku İnternet Bankçılıq xidmətini indi daha yeni və müasir interfeyslə təqdim edir. Müştərilər Bank of Baku-nun rəsmi veb səhifəsində İnternet Bankçılıq bölməsinə daxil olduqdan sonra “Yeni Internet Banka keçid” düyməsinə və ya bu linkə - https://www.e-bankofbaku.com/InterBankNew/login klik etməklə istifadəsi daha rahat yeni görünüşlü internet bankçılıq səhifəsindən istifadə edə bilərlər.

Bank of Baku-nun növbəti yenilikləri haqqında daha ətraflı məlumatla, Bankın 145 Məlumat Mərkəzinə zəng edərək, Bank of Baku-nun rəsmi veb səhifəsinə www.bankofbaku.com və ya Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq olar.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com 

www.facebook.com/bankofbaku


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment