1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank-da karyera qurmaq şansını qaçırma!
07.08.2019

Bakı, FinanceTime. AccessBank-da uğurlu karyera qurmaq arzusundasınız? Yüksək ixtisaslı kadra və öz sahənizin mütəxəssisinə çevrilmək istəyirsiniz? O zaman "Access Bankirlər Məktəbi"nin yeni mövsümünə qatılmaq şansını qaçırmayın!

Layihənin məqsədi yüksək potensiala malik gənclərin peşəkar addımlarını atmaqda dəstək olmaqdır. Ötən mövsüm uğurla həyata keçirilən layihəyə qatılan 21 nəfər artıq ixtisaslı kadr kimi AccessBank-ın peşəkar komandasına qoşulub.

Namizədlər 12 həftə davam edəcək layihə çərçivəsində bankın baş ofisində və filiallarında hazırlıq keçəcək. İştirakçılar mikrokreditləşmə, kiçik və orta biznes müştəriləri ilə iş, tamçeşidli qeyri-kredit məhsullarının və xidmətlərinin təqdim olunması, xəzinədarlıq və risklərin idarə edilməsi kimi istiqamətlərlə tanış olacaq.

Namizədlərə qarşı tələblər:

· Ən azı bakalavr dərəcəsi

· Komandada işləmək bacarığı

· Analitik təfəkkür

· AccessBank-da karyera qurmaq istəyi

· Bankın regional filiallarında işləmək istəyi və imkanı

· Rus və / və ya ingilis dili biliyinə üstünlük verilir

· İş təcrübəsi tələb olunmur, amma təcrübənin olması üstün cəhətdir

Seçim mərhələlərindən keçmiş namizədlərə aşağıdakılar təklif olunur:

· Unikal peşəkar inkişaf imkanı

· İlk təlim günlərindən etibarən əmək müqaviləsinin bağlanması

· Təlim müddətində zəmanətli əməkhaqqı

· Bank sahəsini eyni zamanda bir neçə istiqamətdən tanımaq imkanı

· AccessBank-da karyera yüksəlişi

"AccessBank-ın uğurunun əsasını yüksək ixtisaslı kadrlar təşkil edir. Bu kadrların böyük hissəsi karyeralarına bankda başlayaraq öz sahələrinin mütəxəssislərinə çevrilib. AccessBank bu sektorda inkişaf edərək uğurlu karyera qurmaq istəyənlər üçün "Access Bankirlər Məktəbi" layihəsini ənənəyə çevirdi", - deyə AccessBank-ın İnsan Resursları departamentinin direktoru Nigar Hüseynzadə bildirib.

"Access Bankirlər Məktəbi"nə müraciət etmək üçün 30 avqust 2019-cu il tarixinədək sayta keçid edərək (https://www.accessbank.az/az/our-bank/bankers-school/) qeydiyyatdan keçə bilərsiniz. Növbəti 3 həftə ərzində namizədlərin seçimi aparılacaq və seçilmiş şəxslərə elektron məktub və SMS vasitəsilə məlumat veriləcək.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment