1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank BTB-də Marketinq Departamentinə yeni direktor təyin edilib
06.08.2019

Bakı, FinanceTime. Bank “BTB”-da daha bir təyinat olub. Belə ki, Fuad Cəfərov Bank “BTB”-nin Marketinq departamentinin direktoru vəzifəsinə təyin edilib. O, məhsulların inkişafı, marketinq komnukasiyaları və müştəri əlaqələrinin idarə olunması şöbələrinə rəhbərlik edəcək.

Fuad Cəfərov Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili alıb. Daha sonra Amerika Birləşmiş Ştatlarının Boston şəhərində yerləşən beynəlxalq təhsil məktəbində, Mərkəzi Avropa Universitetində kiçik və orta sahibkarlığın inkişafı, menecment və liderlik proqramı üzrə təhsilini davam etdirib. 2014-ci ildə Niderland Krallığında yerləşən Haaqa Universitetində biznesin idarə edilməsi (MBA) üzrə magistr dərəcəsi əldə edib. Müxtəlif illərdə ixtisaslaşmış beynəlxalq sertifikasiya kurslarında təlimlər keçərək strateji marketinq, məhsullarının inkişafı, biznesin inkişafı, strategiyanın hazırlanması və tətbiqi sahələrində bilik və keyfiyyətlərə malikdir.

Maliyyə sahəsində uzun müddət çalışmış F. Cəfərov 2015-cı ildən etibarən "PAŞA Bank"da fəaliyyət göstərib. Belə ki,”İBM”, “Mckinsey & Company" beynəlxalq konsaltinq şirkətlərininin ekspertləri ilə birlikdə PAŞA Bankın inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsində iştirak etmişdir.

Qeyd edək ki, Bank “BTB” ASC 2019-2021-ci illər üçün yeni strateji planını təsdiqləyib. Yeni inkişaf strategiyası çərçivəsində bank əsas diqqət və resurslarını müştəri məmnuniyyətinin yüksəldilməsi, keyfiyyətli müştəri bazasının artırılması, satış üsul və vasitələrinin təkmilləşdirilməsi və müasir texnologiyaların tətbiqi vasitələri ilə bazar payının artırılmasına nail olmağa yönəltmişdir. Üç illik yeni strateji dövr ərzində bank həmçinin yeni məhsul və xidmətlərin yaradılması, marketinq komnukasiyalarının gücləndilməsi, müştəri əlaqələrinin təkmilləşdirilməsi, işçi heyətinin potensialının, kompetensiyalarının, bilik və bacarıqlarının inkişafı kimi məsələləri strateji hədəf olaraq müəyyənləşdirib. 

Bank haqqında daha ətraflı məlumatı  bankın Məlumat Mərkəzinin (012) 946 qısa nömrəsindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment