1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankının kart müştəriləri “Qayğıkeş” klubu çərçivəsində 30 mindən artıq nağdsız ödəniş həyata keçirib
05.08.2019

Bakı, FinanceTime. Ölkəmizdə nağdsız ödənişlərin həcminin artırılmasına dəstək məqsədilə Azərbaycan Beynəlxalq Bankı ötən ilin dekabr ayında “Qayğıkeş” (QayğıCash) layihəsini təqdim etmişdi. Bu layihə çərçivəsində bir neçə ay ərzində Bankın kart sahibləri 30 mindən artıq nağdsız ödəniş həyata keçirib.

“Qayğıkeş” bankın öz tərəfdaşları ilə birgə tətbiq etdiyi “cashback” xidmətidir. Bu xidmət çərçivəsində Azərbaycan Beynəlxalq Bankının bütün ödəniş kartlarının, o cümlədən əmək haqqı, pensiya, eləcə də başqa debet və kredit kartlarının sahibləri bankla tərəfdaş ticarət və xidmət məkanlarında bankın POS terminalları ilə alış-veriş edən zaman ödədikləri vəsaitlərin 1%-dən 40%-dək hissəsi dərhal onların kart hesabına geri qayıdır.

“Qayğıkeş” layihəsinə çox qısa müddət ərzində müxtəlif sektorlarda fəaliyyət göstərən yüzlərlə ticarət və xidmət obyektləri qoşulub və bu say getdikcə artmaqdadır. Bankın bu layihə üzrə tərəfdaşlıq etdiyi ticarət və xidmət məkanları ilə buradan tanış olmaq mümkündür: https://www.ibar.az/az/individual/qaygikesh-klubu/

Bank müştərilərinin “Qayğıkeş” (QayğıCash) layihəsinə qoşulmaqdan ötrü xüsusi qeydiyyatdan keçmələrinə ehtiyac yoxdur. Azərbaycan Beynəlxalq Bankının bütün kart sahibləri avtomatik olaraq layihəyə qoşulmuş sayılırlar. Müştərilər geri qayıdan vəsaitlər barədə məlumatı “SMS xəbərdarlıq” xidməti və ya IBAm mobil əlavəsi vasitəsilə əldə edə bilərlər. Hazırda Azərbaycan Beynəlxalq Bankının POS terminallarının sayı 10,000-ə yaxındır. Bank POS terminal şəbəkəsinin sürətlə artırılmasını və nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində silsilə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az  internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment