1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankının sosial layihəsi beynəlxalq mükafat qazandı
02.08.2019

Bakı, FinanceTime. Azərbaycan Beynəlxalq Bankının fiziki məhdudiyyətli gənclərlə birgə həyata keçirdiyi “Kitabı dinlə” korporativ sosial məsuliyyət layihəsi “International CSR Excellence Award” mükafatına layiq görülüb. Mərkəzi ofisi Londonda yerləşən təşkilati komitə mükafatı banka təqdim edib.

“International CSR Excellence Award” mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən aparıcı biznes qurumlarının sosial məsuliyyət layihələrini dəstəkləmək, onları öz əsas funksiyaları ilə yanaşı, digər sahələrdə də cəmiyyətə ictimai fayda verməyə ruhlandırmaqdır. “International CSR Excellence Award” haqqında daha ətraflı: https://csrawards.co.uk

Bu il “International CSR Excellence Award” mükafatlarını qazananlar sırasında Böyük Britaniyanın aparıcı energetika şirkətlərindən “Northern Gas Networks”, “British Gas”, xidmət sektorunda fəaliyyət göstərən “Morgan Sindall”, “McGee” şirkəti, Səudiyyə Ərəbistanının SAUDI ARAMCO şirkəti, İsveçrənin “IWC SCHAFFHAUSEN” kompaniyası və s. bu kimi tanınmış qurumlar var. Ötən illərdə bu yüksək mükafat “Coca-cola”, “Shell”, “Warner Bros”, “Türkcell” kimi şirkətlərə də verilib.

Azərbaycan Beynəlxalq Bankının fəaliyyətində korporativ sosial məsuliyyət layihələri mühüm yer tutur. Bank son illər cəmiyyətdə maliyyə savadlılığının artırılması, tarixi-mədəni dəyərlərimizin təbliği, gənclərin fərdi inkişafı və məşğulluğuna kömək, startap ideyalarının dəstəklənməsi və s. bu kimi sahələrdə öz tərəfdaşları ilə birgə müxtəlif maraqlı sosial məsuliyyət layihələri həyata keçirib və bu layihələrin bir qismi indi də davam etməkdədir.

“Kitabı dinlə” layihəsi isə ana dilimizdə elektron resursların yaradılmasına və fiziki məhdudiyyətli gənclərimizin cəmiyyətə fəal inteqrasiyasına dəstək məqsədi daşıyır. Layihə çərçivəsində Azərbaycan dilində bir sıra kitabların audiovariantı hazırlanıb. Səsli kitablar www.kitabidinle.az  portalında yerləşdirilib. Kitabları bu portaldan yükləmək, yaxud onlayn qaydada dinləmək olar.

Xatırladaq ki, “Kitabı dinlə” layihəsi bu il Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və digər müvafiq qurumların birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq keçirilmiş Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ümumrespublika müsabiqəsinin də qaliblərindən olub. Layihə “Təhsildə inklüzivliyin təmin edilməsi” nominasiyası üzrə ilin layihəsi seçilib.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment