1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


XI Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
02.08.2019

Bakı, FinanceTime. Müxtəlif xalqların klassik musiqi sərvətlərinin parlaq nümunələriniölkəmizdə canlandıran XI Qəbələ Beynəlxalq Musiqi Festivalınıntəntənəli açılış mərasimi 01 avqust 2019-cu il tarixində Qəbələ Rayon Mədəniyyət Mərkəzində keçirilib. Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və “Gilan Holding”-in təşkilatçılığı reallaşanbu mötəbər tədbirdə ölkə vətəndaşları, xarici dövlətlərdən qonaqlar və ictimai xadimlər iştirak ediblər.

Tədbirin əvvəlində açılış nitqləri ilə çıxış edən Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən festivalın baş tutmasına görə dərin minnətdarlıqlarını bildiriblər.Çıxışlar zamanı qeyd olunub ki, sivilizasiyanın zəngin mədəni-mənəvi irsinin ölkələr arasında mübadiləsi, o cümlədən ölkəmizin mədəni dəyərlərinin təbliği və gənc istedadların tanınması baxımındanQəbələ Beynəlxalq Musiqi Festivalıxüsusi əhəmiyyət daşıyır.

Açılış mərasimi, bu il anadan olmasının 650 illiyi qeyd olunan mütəfəkkir şair İmadəddin Nəsiminin məşhur qəzəllərinin ifası ilə başlanıb. Daha sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Əməkdar incəsənət xadimi, professor Fəxrəddin Kərimovun dirijorluğu ilə keçirilən konsert zamanı orkestrin və Xalq artistləri Ülviyyə Hacıbəyova və Yeganə Axundovanın piano üzərindəvirtuoz çıxışları hər kəsi heyran edib. 

Xatırladaq ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı 05 avqust 2019-cu il tarixinədək davam edəcək.Musiqi sevərlər Qəbələ Rayon Mədəniyyət Mərkəzində və Heydər Əliyev adına Konqres Mərkəzində axşam saatlarında təşkil olunan konsertlərdə iştirak edə bilərlər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment