1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank BTB-də Kredit Departamentinə yeni direktor təyin edilib
01.08.2019

Bakı, FinanceTime. Bank BTB-da daha bir təyinat olub. Belə ki, Zamiq Mədətov Bank BTB-nin kredit departamentinin direktoru vəzifəsinə təyin edilib. O, bankın bütün kredit məhsullarının satışına rəhbərlik edəcək.

Zamiq Mədətov 2001-2007-ci illərdə bakalavr və magistr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Müxtəlif illərdə ixtisaslaşmış sertifikasiya kurslarında təlim keçib, beynəlxalq sertifikatlara yiyələnərək menecment, biznesin inkişafı, kredit risklərinin idarə olunması, kadrların təlimi və inkişafı sahələrində bilik və bacarıqlarına yiyələnib.

Zamiq Mədətov 10 ildən çox müddət “AccessBank”-da Kredit Departamentində Qrup Rəhbəri, Təlim və İnkişaf üzrə Menecer və Filial Rəhbəri kimi vəzifələrdə çalışıb. 2019-ci ilin iyun ayından etibarən Bank “BTB”-yə cəlb edilib.

Qeyd edək ki, Bank “BTB” ASC 2019-2021-ci illər üçün yeni strateji planını təsdiqləyib. Yeni inkişaf strategiyası çərçivəsində bank əsas diqqət və resurslarını müştəri məmnuniyyətinin yüksəldilməsi, keyfiyyətli müştəri bazasının artırılması, satış üsul və vasitələrinin təkmilləşdirilməsi və müasir texnologiyaların tətbiqi vasitələri  ilə bazar payının artırılmasına nail olmağa yönəltmişdir. Bundan başqa, növbəti üç ildə davamlı inkişafı təmin etmək üçün daxili kadr potensialını gücləndirmək, əməkdaşların fərdi inkişafını təmin etmək, proses və bacarıqların təkmilləşdirilməsi kimi məsələləri strateji hədəf olaraq müəyyənləşdirib.

Bank haqqında daha ətraflı məlumatı  bankın Məlumat Mərkəzinin (012) 946 qısa nömrəsindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment