1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Quba şəhərində “Regional Mətbəx Festivalı” adlı festival keçirilib
29.07.2019

Bakı, FinanceTime. İyulun 27-də Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Quba şəhərində “Regional Mətbəx Festivalı” adlı festival keçirilib.

Festivalda yerli və regional icma nümayəndələrinin, yerli istehsalçıların və turizm sahəsinin peşəkarlarının məhsulları nümayiş olunub.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Quba Rayon İcra Hakimiyyətinin başcısı Ziyəddin Əliyev festival ərazisində nümayiş olunan milli mətbəx nümunələri ilə tanış olublar.

Tədbirdə açılış nitqi ilə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başcısı Ziyəddin Əliyev bu kimi tədbirlərin rayonun milli mətbəx nümunələrinin nümayişi baxımından, ümumilkdə isə Azərbaycanda son zamanlar turizmin əsas istiqamətlərindən biri sayılan qastro-turizmin inkişafı cəhətdən mühüm olduğunu bildirib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev isə öz növbəsində Quba, Qusar və Xaçmaz kimi şəhərlərin yerləşdiyi şimal-şərq regionunun turistlərin ən çox üz tutduğu bölgələrdən biri sayıldığını və bu regionda xarici turistlərə təqdim etmək üçün çox sayda turizm məhsulunun olduğunu deyib.

Agentlik sədri bu regionda milli mətbəxt nümunələrinin xüsusi seçildiyini, öz ləziz dadı və görünüşü ilə fərqləndiyini diqqətə çatdırıb.

Festival çərçivəsində “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalar yaradılıb.

Eyni zamanda qastronomik, mədəni, tarixi və əyləncəli proqramların keçirilməsi üçün “Əsas səhnə” və “Əyləncə parkı" zonası quraşdırılıb.

Tədbirdə milli musiqi nümunələri, rəqslər, tanınmış müğənnilərin ifaları, müxtəlif tamaşalar, uşaqlar üçün proqramlar qonaqlara təqdim olunub.

Festivalın son günündə Şahdağ Quba Hotelində məşhur aşpazlar tərəfindən regional qida sənayesinin aşpaz və mütəxəssisləri üçün master-klasslar keçiriləcək.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment