1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycanda beynəlxalq maliyyə institutunun ilk istiqrazlar buraxılışı həyata keçiriləcək
29.07.2019

Bakı, FinanceTime. Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bankın dəstəyi ilə ölkənin kapital bazarlarında milli valyutada istiqrazların buraxılışını həyata keçirəcəkdir.

Sözügedən emissiya beynəlxalq maliyyə institutu tərəfindən Azərbaycanda həyata keçiriləcək ilk istiqraz buraxılışı kimi tarixə düşəcək. Bu emissiyanın həyata keçirilməsində əsas məsləhətçilik xidmətlərini PAŞA Bank göstərir. İnvestorlar tərəfindən QDTİB-nin sözügedən kağızlarına göstərilən ilkin maraq emissiya həcmini bir neçə dəfə üstələmişdir.

İstiqraz buraxılışı bu ilin avqust ayının 1-də baş tutacaq və açıq auksion metodu ilə həyata keçiriləcək. Emissiyanın şərtləri aşağıdakı kimidir:

Ümumi həcm                                       10,000,000 AZN

Kupon faizi (illik)                                9.25%

Kupon ödənişi                                     Rüblük

Bir istiqrazın nominal dəyəri               1,000 AZN

 

PAŞA Bank haqqında

2007-ci ildə yaradılmış PAŞA Bank kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankıdır. Bankın investisiya bankçılığı xidmətləri borc və səhm kapitalının cəlb olunması, istiqrazların ilkin bazarda yerləşdirilməsi, birləşmələr və qoşulmalar, sindikatlaşdırılmış kreditlərin təşkil olunması və kredit reytinqinin təyin olunması və artırılması üzrə məsləhətçilik xidmətlərini əhatə edir. Son illər ərzində PAŞA Bankın investisiya bankçılığı istiqamətində və yerli kapital bazarının inkişafı istiqamətində apardığı işlərin nəticələri yüksək qiymətləndirilir və 2017-2018-ci illərdə Bank "EMEA Finance" nüfuzlu beynəlxalq maliyyə nəşrinin "Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı" nominasiyası üzrə beynəlxalq mükafatına layiq görülmüşdür.  

www.pashabank.az

QDTİB haqqında

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan da daxil olmaqla, 11 üzvü olan ölkələr tərəfindən yaradılmış beynəlxalq maliyyə qurumudur. QDTİB qərargahı Yunanıstanın Saloniki şəhərində yerləşir. QDTİB-ın əsas fəaliyyət istiqaməti Qara dəniz regionu ölkələrində regional əməkdaşlığın gücləndirilməsi və iqtisadi inkişafına töhfə verməsinə yönəlib. Bankın nizamnamə kapitalı 3.45 milyard avro təşkil edir. QDTİB "Standard and Poor's" agentliyi tərəfindən uzunmüddətli "A-" reytinqinə və "Moody's" agentliyi tərəfindən "A2" reytinqinə layiq görülüb.

www.bstdb.org

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment