1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Elektron Hökumətin İnkişafı Mərkəzi Tailandda keçirilən beynəlxalq seminarda təmsil olunub
25.07.2019

Bakı, FinanceTime.  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov 23-24 iyul 2019-cu il tarixində Tailand Krallığının Banqkok şəhərində BMT-nin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyası tərəfindən təşkil edilən tədbirə qatılıb. “Davamlı İnkişaf üçün Rəqəmsal Hökumətin tətbiqi üzrə Regionlararası Potensialın İnkişafı” adlı seminarda 27 ölkədən elektron hökumət sahəsində çalışan rəhbər şəxslər iştirak ediblər.

Tədbirin keçirilməsinin əsas məqsədi rəqəmsal hökumət sahəsində müxtəlif alətləri müzakirə etmək, həmçinin müxtəlif ölkələrdə bu istiqamətdə görülmüş işlər və öyrənilmiş dərsləri nəzərdən keçirməkdir.

Seminarda iki gün ərzində fərdi və institusional imkanları inkişaf etdirmək üçün müxtəlif ölkələrdən təcrübəli şəxsləri və dövlət rəsmilərini bir araya gətirərək rəqəmsal hökumətin tətbiqi üzrə perspektivləri bölüşmək nəzərdə tutulub. Qeyri-hökumət ekspertləri və digər maraqlı tərəflər də Dayanıqlı İnkişaf Məqsədləri və hədəflərin həyata keçirilməsində rəqəmsal hökumət və innovativ təcrübələrin təşviqi ilə bağlı müzakirələri stimullaşdırmaq üçün tədbirə dəvət olunublar.

Tədbirdə “ASAN xidmət”, Elektron Hökumət sahəsində ölkəmizdə aparılan işlər, eləcə də “ASAN Viza” ilə bağlı iştirakçılara təqdimat edilib, suallar cavanlandırılıb.

Xatırladaq ki, 24-26 iyun 2019-cu il tarixində Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakıda təşkil edilən BMT-nin Dövlət Xidmətləri Forumunda iştirakçılara Azərbaycanda reaktiv xidmətlərdən proaktiv xidmələrə keçidlə bağlı təqdimat edilib. Həmin forumda həmçinin, Azərbaycan rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı səhəsində BMT-nin xüsusi mükafatına layiq görülüb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment