1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank biznes sahiblərinə cəmi 6 faizdan başlayan biznes kreditləri təklif edir
25.07.2019

Bakı, FinanceTime.  Unibank biznes sahiblərinə aşağı faizlə biznes kreditləri təklif edir. Bankın İpoteka və Kredit Zəmanət Fondu ilə əməkdaşlığı  çərçivəsində ayırdığı biznes kreditlərindən faydalanan sahibkarların sayı artmaqdadır. Bu kreditin üstünlüyü çox sərfəli faizli olması ilə yanaşı,  Unibank tərəfindən biznes sahiblərinə sənədləşmə işində yaxından dəstək olunması və kreditin operativ şəkildə ayrılmasıdır. Ayrılan zəmanətli kreditlərin maksimal həddi 5 milyon manatdır. Mövcud bazar şərtləri ilə müqayisədə bir neçə dəfə daha aşağı faizlə verilən bu kreditlər, sahibkarlara bizneslərini böyütmək üçün çox əlverişli imkan yaradır. Kreditin biznes sahəsindən asılı olaraq 7 ilədəkverilməsi,bu məhsulu biznes sahibləri üçün daha da cəlbedici edir.

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə ayrılan kreditləri “Unibank”dan əldə etmək sahibkarlara aşağıdakı üstünlükləri verir:

- Kredit müraciətinə bank tərəfindən operativ baxıldığı üçün daha tez müddətdə verilir;

- Fond tərəfindən tələb olunan sənədlərin hazırlanmasında bank əməkdaşları sahibkara yaxından kömək edir;

- Daha aşağı məbləğli girovlar da bank tərəfindən qiymətləndirilir ki, kredit sahibkara daha əlçatan olsun;

- Yeni müştərilər də bu kredit üçün banka rahat şəkildə müraciət edib, vəsaiti əldə edə bilərlər.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək "Qara Qarayev", "İçərişəhər" , "Dərnəgül", "Yasamal", 15 saylı, "Neftçilər", "Əhmədli", "Əcəmi" filiallar və "Unibank- biznes mərkəzi"nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment