1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Rəqəmsal Dünyanın ilk təcrübəçiləri
24.07.2019

 

“Azercell-Lab” təcrübə proqramının qalibləri elan edildi

Bakı, FinanceTime. Ölkəmizdə telekom sahəsinin inkişafı və gənclərin bu sahəyə olan marağını artırmaq istiqamətində bir sıra layihələr həyata keçirən “Azercell Telekom” MMC-nin may ayında elan etdiyi “Azercell-Lab” ödənişli təcrübə proqramının ilk qalibləri artıq rəqəmsal dünyaya səyahətlərinə yola düşdülər. Təcrübəçilər iyul ayının 1-dən etibarən "İT-lab" və "Biznes-lab" inkubasiya mərkəzlərində telekom sahəsinin ən son trendləri ilə tanış olmaq fürsətindən istifadə edərək nəzəri biliklərini tətbiq edib, peşəkar mühitdə şirkətin real layihələrində iştirak edirlər. Təcrübə Proqramının ilk həftəsində Azercell Akademiyasının professional tədrisçiləri tərəfindən “Azercell-Lab”-ın rezidentlərini yeni nəsil rəqəmsal texnologiyalar ilə yaxından tanış etmək üçün xüsusi master klasslar və təlimlər təşkil edilib. Qaliblər 6 ay müddətində biznes və İT sahələrində zəngin təcrübəyə malik olan aparıcı ekspertlər ilə birlikdə çalışaraq, ölkəmizin ən arzuolunan iş məkanlarından biri olan Azercell şirkətində karyeralarında ilk addımlarını atmaq üçün əvəzolunmaz fürsət əldə ediblər. Rəqəmsal Texnologiyalara həvəsi olan gənclərə dəstək olmaq və onların telekommunikasiya sahəsinə marağını artırmaq məqsədi daşıyan bu layihənın qalibləri 600-dən çox namizəd arasında akademik fəaliyyəti və peşə bilikləri əsasında dəyərləndirilərək seçilib. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 190-dan çox tələbə Azercell-də təcrübə keçmək fürsətindən yararlanıb. Onlardan 27-si isə artıq Azercell ailəsinə qoşulub.

Qeyd edək ki, müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirən Azercell şirkəti güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (IIP) - İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək Qızıl sertifikatına sahib oldu. Azercell ölkəmizdə Qızıl sertifikat qazanan ilk qurum olmaqla yanaşı, MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment