1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Coca-Cola” jurnalistləri təbrik etdi və “Bilirsinizmi?” səhifəsini təqdim etdi
23.07.2019

Bakı, FinanceTime. Dünyanın ən iri sərinləşdirici içki istehsalçısı “Coca-Cola” Azərbaycanda Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini bir araya toplayaraq onların peşə bayramlarını təbrik etdi. “Park Cinema” kino zalında təşkil edilmiş tədbirə xəbər saytları, agentliklər və TV kanalların 30-dan artıq nümayəndəsi qatıldı.

Jurnalistlərlə görüşdə çıxış edən Coca-Cola şirkətinin Qafqaz Regionu üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Meneceri Elşad Fərzəliyev mətbuat nümayəndələrini bayram münasibətilə təbrik edərək, onlara işlərində müvəffəqiyyətlər arzu etdi. Tədbir zamanı həmçinin “Coca-Cola”nın “Bilirsinizmi?” onlayn səhifəsinin təqdimatı da keçirildi. “Bilirsinizmi?” səhifəsində“Coca-Cola” şirkəti haqqında maraqlı faktlar, məhsul haqqında tez-tez soruşulan suallarvə eyni zamanda istehlakçılar arasında yayılan bəzi əsassız şayiələrə dolğun cavablar təqdim edilir.

“”Coca-Cola” şirkəti adından ölkə mediasını təmsil edən dostlarımızı Milli Mətbuat Günü münasibətilə təbrik edirəm. Jurnalistlər hər zaman cəmiyyəti ictimai maraq kəsəb edən məsələlər, o cümlədən iqtisadi əhəmiyyətli mövzular haqqında məlumatlandırırlar. Ölkənin qeyri-neft sektorunda önəmli payı olan “Coca-Cola” şirkəti, onun məhsulları, istehsal fəaliyyətində yenilikləri, sosial layihələri haqqında insanlara doğru məlumatı çatdıran hər bir media qurumu və nümayəndəsinə dərin minnətdarlığımızı bildiririk” – deyə şirkət nümayəndəsivurğuladı. Elşad Fərzəliyev, həmçinin, mətbuat nümayəndələrinə yenicə istifadəyə verilmiş“Bilirsinizmi?” səhifəsinin “Coca-Cola” istehlakçıları arasında tanıdılması üçün göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi.

Tədbirdə iştirak edən Azərbaycanın məşhur həkim-dietologu Tutu Zeynalova istehlakçıların suallarını cavablandıran və onları narahat edən bir sıra məsələlərə aydınlıq gətirən belə bir səhifənin hazırlanmasını müsbət addım kimi qiymətləndirdi: “Hamımız bilirik ki, sərinləşdirici içkilər geniş istehlak edilən qida məhsuludur və istehlakçıların həmin məhsullarla bağlı həmişə sualları olur. “Coca-Cola” şirkətinin məsuliyyətli istehsalçı kimi istehlakçıları maraqlandıran və hətta narahat edən suallara dair belə maarifləndirici vəsait hazırlayıb təqdim etməsini alqışlayıram. Hesab edirəm ki, bu təşəbbüs ölkədə qida təhlükəsizliyi sahəsində maarifləndirmə işinə xidmət edir”

Görüş zamanı media nümayəndələri “Coca-Cola” şirkətinin məhsulları haqqında müxtəlif sualların cavabları ilə tanış oldular. Şirkət nümayəndəsi səhifənin müxtəlif bölmələrini, məzmun rəngarənliyini nümayiş etdirdi, cavabları hazırlayan mütəxəssislər haqqında məlumat verdi.

Aşağıdakı linkə daxil olaraq, “Coca-Cola” məhsualları haqqında sizi maraqlandıran suallara cavab tapa bilərsiniz:

http://www.coca-cola.az/az/bilirsinizmi/#

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment