1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələri EHİM-də
23.07.2019

Bakı, FinanceTime. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzində Beynəlxalq Astronavtika Federasiyasının (BAF) nümayəndələri ilə görüş keçirilib. Görüşdə Dövlət Agentliyin sədr müavini Ceyhun Salmanov, BAF-ın icraçı direktoru Kristian Faythinger, “Azərkosmos” ASC-nin nümayəndələri və digər əməkdaşlar iştirak ediblər.

Görüşün əsas məqsədi 2022-ci ildə 73-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyi ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində “ASAN Viza” sistemi haqqında məlumat almaq olub. Həmçinin ölkədə təşkil edilən beynəlxalq tədbirlərə gələn əcnəbilərin viza prosedurlarının sadələşdirilməsi və elektron vizaların alınması ilə bağlı müzakirələr aparılıb.

Qonağa “ASAN xidmət” və onun fəaliyyət istiqamətləri haqqında, həmçinin “ASAN Viza” sistemi, son illərdə ölkədə keçirilmiş beynəlxalq tədbirlər və onların təşkilində “ASAN Viza”nın rolu haqqında təqdimat edilib.

BAF-ın nümayəndələri həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində olub və onun fəaliyyəti ilə bağlı məlumatlandırılıblar. Qonaq ölkəmizdə elektron hökumətin inkişafı və rəqəmsallaşma ilə bağlı görülən işləri, “ASAN Viza” ilə bağlı prosedurları yüksək qiymətləndirib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment