1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Xalq Bank kredit faizlərini kəskin endirdi
22.07.2019

Bakı, FinanceTime. ASC “Xalq” Bankının mətbuat xidmətindən aldığımız məlumata görə Xalq Bank bütün kredit məhsullarının faiz dərəcələrini kəskin surətdə azaltdı. İndi bankın milli valyutada verdiyi biznes kreditləri 12-19% dərəcəsi ilə təklif olunur. Əhaliyə verilən istehlak kreditlərinin illik faiz dərəcələri 16-20% təşkil edir. Bu addım Xalq Bankın kredit məhsullarını bazarda mövcud olan kreditlər arasında ən əlverişli təklifə çevirir.

Qeyd edək ki, ölkənin bank sektorunda kredit faizlərinin bu cür kəskin şəkildə endirilməsi halı ilk dəfə baş verir. Bankın nümayəndəsi kredit faizlərinin endirilməsini dövlətin monetar siyasəti, Mərkəzi Bankın aşağı uçot dərəcəsi, bazarda makro-iqtisadi vəziyyətin sabitliyi, əməkhaqqılarının və əhalinin ödəmə qabiliyyətinin yüksəlməsi, yüksək likvidlik, ümumi sabitlik fonunda biznes risklərinin azalması və digər müsbət amillərlə izah etdi.

Xalq Bankın təklif etdiyi biznes kreditlər 5 ilədək müddətə illik 12-19%, istehlak kreditləri isə 4 ilədək müddətə 16-20% verilir. Bank daxili ipoteka proqramını bərpa edib və ipoteka krediti müştərilərə maksimal məbləği 250 000 manat olmaqla, 10 ilədək müddətə, 10-12%-lə təklif olunur. Dəyişikliklər artıq təsdiqlənib və yaxın günlərdə qüvvəyə minəcək.

Xalq Bankın xidmət və məhsulları haqda ətraflı məlumat almaq üçün filiallara, www.xalqbank.az  internet səhifəsinə və ya 138 qısa nömrəsi ilə Məlumat mərkəzinə müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment