1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Qubada keçiriləcək mətbəx festivalına azsaylı günlər qalıb
20.07.2019

Bakı, FinanceTime. İyulun 27-də Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Quba şəhərində “Regional Mətbəx Festivalı” adlı festival keçiriləcək.

Şahdağ Quba Hotelinin baş sponsorluğu ilə Quba şəhərinin Nizami parkında baş tutacaq 2 günlük festivala təşkilatçılığı Xaçmaz Regional Mədəniyyət İdarəsi və Quba Destinasiya Menecmenti Təşkilatı, tərəfdaşlığı isə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi edir.

Burada yerli və regional icma nümayəndələrinin, yerli istehsalçıların və turizm sahəsinin peşəkarlarının məhsulları nümayiş olunacaq.

Festivalda “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalar təşkil olunacaq.
İstehsalçılar və turizm sahəsinin peşəkarları öz məhsullarını satış məqsədilə nümayiş edəcəklər.

Bundan əlavə, qastronomik, mədəni, tarixi və əyləncəli proqramların keçiriləcəyi “Əsas səhnə” zonası fəaliyyət göstərəcək, uşaqlar üçün isə “Əyləncə parkı” zonası qurulacaq.

Azərbaycan Milli Konservatoriyasının ustad heyəti - xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər Zenfira İsmayılova, Anar Şuşalı, Təyyar Bayramov, Elçin Həşimov, Elnur Əhmədov, estrada ulduzları - Ədalət Şükürov, Sevda Yəhyayeva, Aynur Dadaşova, Sevinc / Sevil Səfərova və digərləri ifaları ilə festivala rəng qatacaqlar.

Festivalın son günündə Şahdağ Quba Hotelində məşhur aşpazlar tərəfindən regional qida sənayesinin aşpaz və mütəxəssisləri üçün master-klasslar keçiriləcək.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment