1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ABA və “Visa İnc.” beynəlxalq kart təşkilatının nümayəndələri arasında görüş keçirilib
19.07.2019

Bakı, FinanceTime. Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov və ABA-nın nəzdindəki “Ödəniş Sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun üzvləri ilə “Visa İnc.” beynəlxalq kart təşkilatının nümayəndələri arasında görüş keçirilib.

Görüşdə “Ödəniş Sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun üzvləriEltəkin Rəhimov, Teymur Ağakişiyev və“Visa İnc.” beynəlxalq kart təşkilatının Qafqaz, Müstəqil Dövlətlər Birliyi (MDB) və Cənub-Şərq Avropa regionu üzrəbaş meneceri Kristina Doros, Biznes İnkişaf üzrə Direktor Nurlan Hacıyev, MDB və Cənub-Şərqi Asiya regionunda Hökümətlə Əlaqələr üzrə baş direktor İrina Kamxadze,MDB və Cənub-Şərqi Asiya regionunda Hökümətlə Əlaqələr üzrə direktor Yuliya Zavalişina, Biznes Həlləri üzrə direktor Olqa Rudenko, Avropa, Yaxın Şərq və Afrika ölkələrində Böyük Korporativ Biznes üzrə rəhbər Klayd Bleyr Rosanovski iştirak edib.

Görüş zamanı ilkin olaraq ABA-nın  icraçı direktoruAzərbaycan Respublikasının işğal olunmuş ərazilərində ödəniş kartları ilə əməliyyatların aparılmasının dayandırılmasına görə “Visa İnc.”beynəlxalq kart təşkilatının nümayəndələrinə ABA adından təşəkkürünü bildirib. Görüşdə rəqəmsal transformasiyanın genişləndirilməsi, iqtisadiyyatdanağdsız ödənişlərin stimullaşdırılması istiqamətində ABA və ABA-ya üzv banklar tərəfindən görülən işlər, həyata keçirilən birgə layihələr müzakirə edilmişdir.

“Visa İnc.” beynəlxalq kart təşkilatının dəstəyi ilə keçirilən Fintex Sammitin uğurunu nəzərə alaraq onun növbəti illərdə də daha geniş miqyasda keçirilməsi məsələsi ilə bağlı müzakirələr aparılmışdır.

“Visa İnc.”beynəlxalq kart təşkilatı tərəfindən Azərbaycanda rəqəmsallaşma, nağdsız iqtisadiyyatın formalaşması,nağsız ödənişlərin, eyni zamanda ödəniş kartlarında nağdsız əmliyyatların aparılması üzrə istifadənin sürətləndirilməsi, bazarda tətbiq edilə biləcək yeni layihələr barədə məlumatlar verilib və bu istiqamətdə görüş iştirakçıları öz fikirlərini bölüşüblər.

Görüşün sonunda ABA və “Visa İnc.”beynəlxalq kart təşkilatının arasında əməkdaşlığın davam etdirilməsi, birgəmaarrifləndirici xarakterli tədbirlərin keçirilməsi qərara alınıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment