1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankından sahibkarlar üçün daha bir imkan
19.07.2019

Bakı, FinanceTime. Azərbaycan Beynəlxalq Bankı sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyətinə dəstək məqsədilə “Sahibkart” məhsulundan istifadə imkanlarını asanlaşdırıb. İndi hər bir fərdi sahibkar Azərbaycan Beynəlxalq Bankının onlara özəl hazırladığı kart məhsulu - “Sahibkart”ı əldə edə və öz biznes fəaliyyətində bu kartlardan faydalana bilər.

“Sahibkart” plastik kartları müştərilərin rahatlığına xidmət edir. Bu kartlardan yararlanan müştəri, ilk növbədə, vaxtına xeyli qənaət etmiş olur. Belə ki, hesaba daxil olmuş vəsaitlər haqqında məlumat almaq, hesab üzrə ödənişlər aparmaq, vəsaitləri nağdlaşdırmaqdan ötrü daha banka gəlməyə ehtiyac yoxdur. Müştəri “Sahibkart”la hesabını çox asan şəkildə idarə edə bilər. Vergi borclarını və başqa ödənişləri bu kartla internet üzərindən həyata keçirmək, onlayn alış-veriş aparmaq, hesabdakı pulu ATM-lərdə, yaxud POS-terminallarda nağdlaşdırmaq olar. Sahibkarlar bu kartlarla indi Azərbaycan Beynəlxalq Bankının ATM-lərindən, yaxud bankın xidmət ofislərindəki POS terminallarından bir ay ərzində 15 min manata qədər vəsait nağdlaşdıra bilərlər.

Azərbaycan Beynəlxalq Bankının digər plastik kartlarında tətbiq olunan İnternet Bank xidmətinə “Sahibkart”la da qoşulmaq mümkündür. “Sahibkart” əldə etmək istəyən müştəriyə yeni hesab açıla və ya kart onun Bankda əvvəlcədən mövcud olan cari hesabına bağlana bilər.

Azərbaycan Beynəlxalq Bankının Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov deyib: “Xüsusilə kiçik və orta sahibkarlar “Sahibkart”ın üstünlüklərindən faydalanaraq vaxt itirmədən hesablarındakı vəsaitdən həm nağd, həm də nağdısz qaydada istifadə edə biləcəklər. Kiçik və orta sahibkarlarımızı filiallarımızdan “Sahibkart” əldə edib bu imkanlardan yararlanmağa çağırırıq”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmiFacebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment