Bakı, FinanceTime. 16 iyul 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105013756ISIN-li, 20 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 96.4540 AZN (10.0000%)və 101.837 AZN (6.9997%) olan 29 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti100.6378 (7.6500%), orta ölçülmüş qiyməti 100.8307 (7.5447%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 90,161,100.00 AZN yerləşdirilmiş həcmi isə 20,000,000.00AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 13.07.2021-ci il.
Hərrac iştirakçıları 17 iyul 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.