1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Türk Hava Yolları” qitələrarası uçuşlarda sərnişinlərə yeni dəstlər təqdim edir
16.07.2019

Bakı, FinanceTime. Daima sərnişinlərinin rahatlığını düşünən “Türk Hava Yolları” yeni səyahət dəstlərini təqdim edir. Dəstlər dünya dəbinin aparıcı şirkətlərindən olan “Versace” və turizm məhsulları üzrə ixtisaslaşmış “Mandarina Duck”tərəfindən hazırlanıb.

Dünya aviasiyasında bazar payını və sərnişin sayını ilbəil artıran THY iyul ayının 2-dən etibarən qitələrarası uçuşlarda biznes sinif sərnişinləri üçün “Versace” tərəfindən dizayn olunmuş dəstlər təqdim edir. Sərnişinlərin uçuş zamanı ehtiyaclarını ödəmək üçün yeni dəstdə corab, qulaqlıq, yuxu maskası, məlumatlandırıcı stikerlər, dodaq balzamı, əl üçün losyon, nəmləndirici üz kremi və saç sancaqları (ancaq qadınlar üçün nəzərdə tutulmuş dəstdə) yer alıb.

Yeni kolleksiyanın əvvəlkilərdən əsas fərqi qadın və kişi sərnişinlərin uçuş zamanı ehtiyaclarını nəzərə alaraq, onlar üçün fərqli dəstlərin yaradılmasıdır.

Yeni kolleksiyada tədqim olunan zərif və funksional dizaynlı çantaları sərnişinlər uçuşdan sonra da gündəlik olaraq istifadə edə bilərlər. “Versace” tərəfindən təqdim olunan nəmləndirici kremlər isə sərnişinlərin vaxtlarını daha komfortlu keçirmələri üçün nəzərdə tutulub.

Qitələrarası ekonom sinif sərnişinləri üçün “Mandarina Duck” tərəfindən hazırlanmış dəst isə iyul ayının 3-dən təklif olunur. “Mandarina Duck” ağıllı və unikal dizaynı sayəsində səyahətsevərlər arasında geniş rəğbət qazanıb. Ekonom sinif üçün nəzərdə tutulmuş dəstdə corab, yuxumaskası, qulaqlıq, dodaq balzamı, diş fırçası və məcunu yer alıb. Sərnişinlərinə təbii və yüksək keyfiyyətli dermolokosmetoloji məhsullar təklif edən “Türk Hava Yolları” bunu üçün “Atelier Redbull” şirkəti ilə əməkdaşlıq edir. Belə ki, ekonom sinif üçün nəzərdə tutulmuş dəstin dodaq balzamı məhz bu şirkətə məxsusdur.

Sərnişinlərinə əvəzsiz uçuş təcrübəsi bəxş edən ”Türk Hava Yolları” təklif etdiyi məhsul və xidmətlərini daima inkişaf etdirir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment