1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Beynəlxalq Miqrasiya Təşkilatı kəhriz mühəndisliyi peşəsinin sirlərini gələcək nəslə ötürür
15.07.2019

Bakı, FinanceTime. 12 iyul tarixində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru İbrahim Cəfərov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Kahriz Tədqiqat və İnformasiya Mərkəzinin yaradılması və Kəhriz mühəndisliyi kurslarının tədrisinə dair Tərəfdaşlıq Sazişini imzaladılar.

Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi kəhriz sistemləri haqqında məlumatların toplanması, tədqiqatların aparılması, kəhrizlər haqqında məlumatların, bilik və təcrübələrin paylaşılması üçün unikal ixtisaslaşmış Mərkəz olacaq. Bu tərəfdaşlıq çərçivəsində ADAU-nun müəllimləri kəhriz mühəndisliyi üzrə təlimçi kurslarında iştirak edəcək və BMqT ilə birgə tədris planını hazırlayacaqlar. Bu tədris planı müvafiq mütəxəsisslərin hazırlanmasında istifadə ediləcək.

İmzalama mərasimindən sonra BMqT-nin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Vladimir Qjorqjiyev bu əməkdaşlıqdan məmnun olduğunu bildirdi: “Biz hazırda Azərbaycanın seçilmiş regionlarda 40 kəhrizin bərpasını nəzərdə tutan bir layihəni həyata keçiririk. Bununla yanaşı, biz kəhriz sistemləri və onun bərpası üzrə biliklərin, təcrübənin və bu işlə məşğul olan kankan peşəsinin gələcək nəsillərə ötürülməsinə çalışırıq. Bu məqsədlə Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq edəcəyimiz üçün məmnunam”.

ADAU rektoru İbrahim Cəfərov da öz növbəsində bu layihənin icrası üçün kifayət qədər potensiala malik olduqlarını vurğuladı: “ADAU-nun Kəhriz Tədqiqat və İnformasiya Mərkəzinin yaradılması və Kəhriz Mühəndisliyi kursunun hazırlanması üçün yetərli insan resursları və fiziki imkanları vardır və ona görə də inanıram ki, kəhriz mühəndisliyi təcrübəsinin növbəti nəsillərə ötürülməsi və bu işin davamlılığının təmin olunması üzrə bu layihəni uğurla icra edəcəyik”.

BMqT-inin Koreyanın Beynəlxalq Əməkdaşlıq üzrə Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində məcburi

köçkünlərində sıx məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Fuzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment