1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank VTB (Azərbaycan) rus dilinin xarici dil kimi tədrisi üzrə təlimə dəstək olub
15.07.2019

Bakı, FinanceTime. Rus yazıçısı A.S,Puşkinin 220-illik yubileyi çərçivəsində keçirilən təlimdə ölkənin müxtəlif təhsil müəssisələrinin müəllimləri iştirak edib. Kursun təşkilatçıları «Teaching and Learning»-in Bakı mərkəzi və «Alfa-Dialoq» Peterburq əlavə təhsil müəssisəsidir. VTB (Azərbaycan)-ın dəstəyi ilə təlim iştirakçılarına beynəlxalq sertifikatlar təqdim edilib.

İyun ayında Bakı Slavyan Universiteti, eləcə də «Teaching and Learning» mərkəzində A.İ.Hertsen adına Rusiya dövlət pedaqoji universitetinin müəllimləri rus dili müəllimlərinin ixtisas artırılması üzrə mühazirə və təlim keçirib. Dərslərin müddəti 120 saat təşkil edib – onlardan 60 saatı əyani, digər hissəsi isə onlayn rejimdə keçirilib.

“Azərbaycanda rus dili millətlərarası ünsiyyət dili hesab olunur. Təhsil müəssisələrində də ona böyük diqqət yetirilir – ölkənin bir çox məktəb və universitetlərində tədris rus dilində aparılır. Məhz buna görə rus dilinin xarici dil kimi tədrisi sahəsində müəllimlərə yüksəkixtisaslı metodoloji dəstək ideyası bu gün çox aktualdır. Təhsilə dəstək bank VTB (Azərbaycan)-ın sosial fəaliyyətində xüsusi yer tutur və biz şadıq ki, belə layihələrdə iştirak etməklə təhsil prosesinə töhfə vermiş oluruq” – deyə, bank VTB (Azərbaycan)-ın reklam, marketinq və xüsusi layihələr üzrə şöbə müdiri Nigar Kərimova bildirib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment