1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Euromoney” Azərbaycan Beynəlxalq Bankını ilin ən yaxşı bankı seçdi!
11.07.2019

Bakı, FinanceTime. Dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan “Euromoney”jurnalı Azərbaycan Beynəlxalq Bankını ölkədə ilin ən yaxşı bankı seçib. Jurnalın araşdırma heyətinin qərarı Londonda keçirilən ənənəvi “Award of Excellence” mükafatının təntənəli təqdimatı mərasimində açıqlanıb.

Müxtəlif kateqoriyalar üzrə “İlin bankı” mükafatı ilə təltif edilən banklar sırasında dünyanın bir sıra aparıcı maliyyə institutları da var. Azərbaycan Beynəlxalq Bankı isə bu mükafata aktivlərinin həcminə, böyük müştəri bazasına, ölkə üzrə ən geniş ATM şəbəkəsinə, qlobal tərəfdaşlıq əlaqələrinə, tətbiq etdiyi innovativ texnologiyalara, həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələrinə görə layiq görülüb.

1969-cu ildə yaradılmış “Euromoney” qrupu bank-maliyyə sahəsində ixtisaslaşmış çoxsaylı şirkətləri özündə birləşdirir. Bu il fəaliyyətinin 50 illiyini qeyd edən “Euromoney” jurnalının mükafatı maliyyə dünyasının ən nüfuzlu mükafatlarından sayılır. Jurnal hər il dünyanın 100-dənartıq ölkəsində fəaliyyət göstərən bankların fəaliyyətini təhlil edir. Bu zaman onların il ərzində qazandığı nəticələr, beynəlxalq müxbir bankların, məşhur maliyyəçilərin və bankirlərin həmin banklar haqqında müşahidələri də nəzərə alınır. Belə əhatəli qiymətləndirmə nəticəsində “Euromoney” mükafatlarınsahiblərini müəyyənləşdirir.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bu mükafatın bank üçün böyük nailiyyət olduğunu bildirib: “Qlobal maliyyə dünyasında Azərbaycan Beynəlxalq Bankının fəaliyyətinə belə yüksək və obyektiv qiymətin verilməsi bizi çox sevindirir. Bu, bankın sağlamlaşdırılması, müasir mərhələdə davamlı inkişafı məqsədilə həyata keçirilən tədbirlərin xoş nəticəsidir. Qazandığımız hər bir uğura görə çətin dönəmlərdə banka dəstək olmuş dövlətimizə, bizə inanıb etibar edən müştərilərimizə minnətdarıq”.

Abbas İbrahimov onu da əlavə edib ki, bankın yeni fəaliyyət strategiyasının icrası ərəfəsində belə bir yüksək mükafata layiq görülməsi xüsusilə mühüm əhəmiyyət daşıyır: “Belə bir qiymət yeni strateji layihələrimizin yüksək ruhla həyata keçirilməsi üçün böyük motivasiya yaradır. Müştərilərimiz bunu yenilənən xidmət ofislərimizdə, onların məmnuniyyətini qazanmaq üçün getdikcə yüksələn xidmət standartlarımızda, məhsul və xidmətlərimizin sərfəli üstünlüklərində hiss edəcək, bizi seçməkdən hər zaman qazanacaqlar”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment