1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“ASAN Viza” vasitəsilə 184 ölkə vətəndaşına elektron viza verilib
11.07.2019

Bakı, FinanceTime. 2019-cu ilin ilk 6 ayı ərzində “ASAN Viza” vasitəsi ilə verilən vizaların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 61% artıb. Belə ki, cari dövr ərzində “ASAN Viza” vasitəsi ilə 429 000 -dən çox viza verilib. “ASAN Viza” sisteminin əsas məqsədi ölkəmizə gələn əcnəbi vətəndaşların viza əldə etmək prosedurlarının asanlaşdırılmasıdır. Bu sistemlə viza almaq imkanına malik 95 ölkənin vətəndaşları sadəcə www.evisa.gov.az portalı üzərindən müraciət edərək cəmi 3 gün ərzində elektron viza əldə edə bilirlər. Təcili olduqda isə həmin vizalar 3 saat ərzində verilə bilir.

“ASAN Viza” vasitəsi ilə bu il verilən ümumi vizaların 39 %-i məhz Azərbaycanın beynəlxalq hava limanlarında 15 ölkə vətəndaşı üçün müvafiq sistemlə əldə olunan vizaların payına düşür. Hava limanlarında 7 dildə fəaliyyət göstərən “ASAN Viza” özünəxidmət terminalları vasitəsi ilə, həmçinin əməkdaşların iştirakı ilə Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Bəhreyn, Türkiyə və Yaponiya vətəndaşları 2 dəqiqə ərzində öz elektron vizalarını əldə edə bilərlər. Birləşmiş Ərəb Əmirliklərində 6 aydan çox etibarlılıq müddəti olan rezident vizasına malik olan şəxslərə də Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında viza rəsmiləşdirilir.

Ümumilikdə “ASAN Viza” sistemi tətbiq olunduğu tarixdən indiyədək 184 fərqli ölkə vətəndaşına viza verilib. Bura Azərbaycana elektron viza almaq imkanına malik 95 ölkədən başqa, müxtəlif diplomatik və biznes istiqamətli viza verilən ölkələr də daxildir. Azərbaycana e-viza üçün ən çox müraciət edənlər İran, Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və Birləşmiş Krallıq vətəndaşlarıdırlar.

Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2016-ci il tarixli 923 nömrəli Fərmanına əsasən yaradılan və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən reallaşdırılan “ASAN Viza” sistemi ölkədə turizmin inkişafına da öz töhfəsini verir.

2019-cu ilin ilk 6 ayı ərzində “ASAN Viza” ilə Azərbaycana səfər edən əcnəbilərin 78%-i səfər məqsədini turizm olaraq qeyd edib. Digər hissə isə əcnəbilərin özləri tərəfindən qeyd edilən

digər səbəblər və Avropa Liqasının final oyunu, Formula 1 və başqa tədbirlər ilə əlaqədar səfərlər olub.

2019-cu ildə verilmiş vizaların bəzi statistikasını sizə təqdim edirik.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment