1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


UNEC-də “Ömürboyu təhsil və liderlik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
10.07.2019

Bakı, FinanceTime.  Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “V.Ömürboyu təhsil və liderlik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

UNEC-in və Türkiyənin Sakarya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda ABŞ, İngiltərə, Yaponiya, Çexiya, İtaliya, Latviya, Portuqaliya, Polşa daxil olmaqla 40-a yaxın ölkədən 250-dək təhsil və elm adamları iştirak edib.

UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev ömürboyu təhsilin qloballaşan dünyada xüsusi önəm daşıdığına diqqət çəkərək, konfransın mövzusunun aktual olduğunu bildirib. UNEC-də ömürboyu təhsilin reallaşdırılması üçün bütün imkanların yaradıldığını deyən A.Rzayev, UNEC Ekstern Mərkəzinin fəaliyyətindən söz açıb. Mərkəzdə regionlarda fəaliyyət göstərən KOS nümayəndələrinə idarəetmə üzrə distant təlimlərin keçirildiyini bildirib. A.Rzayev konfransın ömürboyu təhsilin inkişafı istiqamətində yeni töhfələr verəcəyinə əminliyini ifadə edərək, konfransın işinə uğurlar arzulayıb.

Konfransın Azərbaycanda keçirilməsinin əhəmiyyətindən söz açan Sakarya Universitetinin professoru Osman Titrek ömürboyu təhsilin son zamanlar təhsil sahəsində ən çox diqqət mərkəzində olan paradiqmalardan biri olduğunu qeyd edib. Bildirib ki, dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu professor və alimlərin iki gün ərzində ömürboyu təhsilin nəzəriyyələri, texnologiyaları, iqtisadi aspektləri, iqtisadi inkişafdakı rolu və digər istiqamətlərdə məruzələri dinləniləcək.

Konfransda Böyük Britaniyanin Uorvik (Warwick) Universitetinin professoru Malkom Hoare, Portuqaliyanın Koimbra Universitetinin professoru Karlos Sousa de Reis və İtaliyanın Padova Universitetinin professoru Mişel Biasutti iqtisadiyyat və təhsil arasındakı əlaqələr, təhsil liderliyi mövzularında çıxışlar ediblər.

Konfransdan sonra panel iclaslarında ömürboyu təhsilin müxtəlif istiqamətləri üzrə məruzələr dinlənilib.

Qeyd edək ki, konfransa yerli və xarici alimlərin təqdim etdiyi 350-dək məqalə elm komitəsi tərəfindən təsdiqlənib. Konfrans materialları  Thomson Reuters “Web of Science” bazasında yer alan SSCI indeksli “Sustainability” jurnalında çap olunmaq üçün seçiləcək. Bundan əlavə, konfrans ESCI və SCOPUS indekslərində yer alan jurnallarla da əməkdaşlıq edir.

Konfrans iyulun 11-nədək davam edəcək.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment