1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“AmCham Azərbaycan” üzvləri AQTA sədri Qoşqar Təhməzli ilə görüşüb
09.07.2019

Bakı, FinanceTime. Amerika Ticarət Palatası (AmCham Azərbaycan) üzvləri  üçün Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin iştirakı ilə görüş təşkil edib. Görüşdəcənab Təhməzli qida təhlükəsizliyi sahəsində görülən işlər, qarşıya qoyulan hədəflər barədə danışıb.Bununla yanaşı, tədbirdəbir neçəüzv şirkətin fəaliyyəti və xidmətləri barədə təqdimatlar nümayiş olunub. Diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirdə “AmCham”ıntəxminən 100 üzvü və tərəfdaşı iştirak edib.İlk olaraq, cənab Təhməzli biznes sektoru nümayəndələri ilə birbaşa görüş imkanına görə öz minnətdarlığını ifadə edib, həmçinin, dəvət üçün “AmCham Azərbaycan”ın nümayəndələrinə, xüsusilə də “AmCham”ın Prezidenti Nuran Kərimova və İcraçı Direktor Natəvan Məmmədovaya öz təşəkkürünü bildirib. O, eyni zamanda qida zəncirinin bütün mərhələlərində iştirak edən tərəflərin qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı üzərinə düşən məsuliyyətlərini diqqətə çatdırıb. Q. Təhməzli istehlakçıların təhlükəsiz və minimum keyfiyyət tələblərinə cavab verən qida məhsulları ilə təmin etməklə onların həyat və sağlamlıqlarının, habelə maraqlarının qorunmasının sahibkarların əsas öhdəliklərindən olduğunu vurğulayıb. Cənab Təhməzli, həmçinin qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərilən sahibkarlıq subyektlərinin Agentlik tərəfindən maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri görüş iştirakçılarının diqqətinə çatdırıb. Bununla yanaşı, o “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın əsas strateji hədəflərindən birinin bu sahədə dövlət-özəl sektor əməkdaşlığının inkişafı ilə bağlı olduğunu qeyd edib.Top of FormBottom of Form

Qeyd edək ki, “AmCham Azərbaycan” üzvlərinin işgüzar görüşləri Palata tərəfindən hər ay təşkil olunur və burada yüksək vəzifəli hökumət rəsmiləri, beynəlxalq maliyyə qurumlarının rəsmi şəxsləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.

“AmCham Azərbaycan”xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham Azərbaycan” iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment