1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının əməkdaşları Florence Nightingale Xəstəxanalar Qrupunda təkmilləşdirmə kursu keçir
09.07.2019

Bakı, FinanceTime. Mərkəzi Gömrük Hospitalının dörd əməkdaşı Florence Nightingale Xəstəxanalar Qrupunda təkmilləşdirmə kursu keçməyə başlayıb. Mərkəzi Gömrük Hospitalın Ümumi cərrahiyyə şöbəsinin böyük tibb bacısı Amalya Əliyeva, Kardiocərrahiyyə və qadın doğum şöbəsinin böyük tibb bacısı Ətayə Novruzova, Anesteziologiya, reanimasiya, intensiv terapiya şöbəsinin tibb qardaşı Simran Məmmədov və Angiologiya, radiologiya şöbəsinin texniki Cəfər Cəfərov bir ay müddətinə Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupuna ezam olunub. Əsas məqsəd tibbin müasir metodlarını, yeniliklərini öyrənmək, praktiki, nəzəri biliklərini təkmilləşdirmək və qabaqcıl beynəlxalq təcrübəni Mərkəzi Gömrük Hospitalında tətbiq etməkdir.

Həmin əməkdaşlar iyulun 8-dən avqustun 3-nə qədər olan müddətdə Türkiyə Florence Nightingale Xəstəxanalar Qrupunda öz sahələri üzrə işləyərək beynəlxalq təcrübə qazanacaq, eyni zamanda Dəmiroğlu Bilim Tibb Universitetinin Orta Tibb işçiləri fakültəsində dərslər keçərək nəzəri biliklərini artıracaqlar.

Qeyd edək ki, sözügedən təkmilləşdimə kursu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu arasında cari ilin 3 may tarixində imzalanmış memoranduma əsasən həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində Mərkəzi Gömrük Hospitalın həkimlərinin, tibb personalının müntəzəm olaraq Florence Nightingale Xəstəxanalar Qrupunda təkmilləşdirmə kurslarında iştirak etməsi, qarşılıqlı elmi-praktiki tədbirlərin, müştərək elmi-tədqiqat işlərin və tibbi araşdırmaların keçirilməsi nəzərdə tutulub.





     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment