1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“ABAD” və Qazaxıstan Respublikasının Türkistan vilayəti əməkdaşlıq edəcək
08.07.2019

Bakı, FinanceTime. 5 iyul tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ABAD” publik hüquqi şəxs və Qazaxıstan Respublikasının Türkistan vilayətinin icra hakimiyyəti arasında Niyyət protokolu imzalanıb.

Protokol “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və Türkistan vilayətinin icra hakiminin müavini Meirjan Mirzaliyev arasında imzalanıb.

Sənəd Azərbaycanın “ABAD” modeli əsasında Qazaxıstan Respublikasının Türkistan vilayətində sənətkarlıq sahəsi üzrə mikro və kiçik sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədini nəzərdə tutur.

Xatırladaq ki, “ABAD” – Ailə Biznesinə ASAN Dəstək – 2016-cı ildən həmçinin dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşqul olan mikro kiçik və orta sahibkarlara dəstək göstərir. Bugünədək ABADçı-sənətkarların sayı artıq 300-ü ötüb. Sənətkarların əl işlərinin satışı üçün ölkənin fərqli coğrafi ərazilərində 9 etno-butik fəaliyyət göstərir. Burada Azərbaycanın milli ruhunu özündə daşıyan müxtəlif məmulatlar əldə etmək mümkündür. Dekorativ-tətbiqi xalq sənətkarlığı istiqamətində özünü təkmilləşdirmək istəyən şəxslər üçün isə Respublika üzrə “ABAD” Məktəbləri fəaliyyət göstərir.

Qeyd edək ki, Turkistan – Böyük İpək Yolu boyunca yerləşən tarixi ərazi olmaqla yanaşı, həmçinin türk dünyasının mənəvi paytaxtı hesab olunur. 2019-cu ilin sonunadək Türkistan vilayətində Böyük İpək Yolunun Ənənəvi Sənətkarlıq

Mərkəzinin açılması nəzərdə tutulur. Layihəyə əsasən, mərkəzdə Türk dünyasını təmsil edən sənətkarlar orada yaşayaraq öz peşələri üzrə fəaliyyətlərini davam etdirəcəklər.

Niyyət protokolu bu və digər layihələrdə “ABAD” və Türkistanın Böyük İpək Yolu Ənənəvi Sənətkarlıq Mərkəzi arasında təcrübə mübadiləsini nəzərdə tutur


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment