1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalın həkim-sonoloqu Tükəzban Abdullayeva
08.07.2019

Hörmətli İzləyicilərimiz,

Mərkəzi Gömrük Hospitalında qaraciyərin müasir metodla müayinəsi aparılır

Mərkəzi Gömrük Hospitalın Radiologiya şöbəsində yüksək ixtisaslı həkim sonoloqlar tərəfindən qaraciyərin FibroSkan aparatında elastometriya müayinəsi aparılır.  FibroSkan aparatının tətbiq sahəsi, digər aparatlardan fərqi və tibbi müayinələrdə rolu haqqında ətraflı məlumat əldə etmək üçün Mərkəzi Gömrük Hospitalın həkim-sonoloqu Tükəzban Abdullayevaya müraciət etdik.     

 -  Tükəzban xanım, FibroSkan aparatında elastometriya müayinəsi haqqında nə deyə bilərsiniz?

 -    Fibroskan qısa zaman ərzində ultrasəs dalğalarından istifadə etməklə qaraciyər sərtliyini ölçən yeni tibbi cihazdır. Bu cihazla daha çox yağlı qaraciyərdə elastometriya müayinəsi aparılır.  Fibroskan cihazi ilə qaraciyər biopsiyasi ilə alına bilən toxumaların ən az 100 qatı böyüklüyündə qaraciyər sahəsi müayinə edilir.       Digər aparatlardan fərqi ondan ibarətdir ki, qaraciyər xəstələrində MRT, KT, ultrasəs müayinələrində fibroz görünmür. Xroniki qaraciyər xəstəlikləri (hepatit B, C, yağlı qaraciyər xəstəlikləri, dərman qəbuluna bağlı hepatitlər ) qaraciyərdə zamanla zədələnməyə yol açır və bu zədələnmə qaraciyər toxumasında fibroz əmələ gətirir. Bu üsul bizə ona görə əlverişlidir ki, bu invaziv deyil, adi ultrasəs dalğaları ilə qaraciyərin bütün paylarından gələn məlumatlar Fibroskan cihazına ötürülür, Fibroskan qaraciyər sərtliyini ölçərək qaraciyərin fibroz mərhələsini rəqəmlər şəklində verir. Rəqəmlərdən ibarət cədvəldə biz fibrozun dərəcəsini müəyyən edirik. Bu da həkimlərin, o cümlədən hepatoloqların, qastroenteroloqların təyin etdikləri müalicədə çox əhəmiyyətlidir. Çünki müalicələrin gedişində bu rəqəm artırsa, deməli xəstənin vəziyyətində ağırlaşmalar var, əgər normal – yəni dəyişməyibsə və ya azalırsa, demək xəstədə sağalma prosesi gedir.

Qaraciyərin vəziyyətini ən doğru dəyərləndirən qaraciyər biopsiyasıdır. Fibroskanın biopsiyadan üstünlüyü  ağrısız və  maddi cəhətdən daha uyğun olmasıdır. Ultrasəs dalğaları zərərsiz olduğu üçün  təkrar müayinələrdən də istifadə olunur və bunun xəstəyə heç bir zərəri yoxdur. Ultrasəs dalğaları ziyansəz olduğu üçün elastometriya müayinəsindən təkrar-təkrar istifadə etmək olar. Fibroskanla sirroz riski daşıyan xəstələrdə fibrozu erkən aşkar etməklə qarşısını  almaq mümkündür.

-          Doktor, bəs Fibroskan aparatında elastometriya müayinəsindən istifadəyə əks göstərişlər hansılardır?

- Hamilə qadınlarda bu müayinələrə icazə verilmir, öd daşı olan xəstələrdə qadağandır, qaraciyər törəmələri və nəzərəçarpan assit yəni qarın boşluğunda piylənmə zamanı elastometriya müayinəsi aparılmır.

-          Doktor, elastometriya müayinəsinə hazırlıq  necə aparılır?

-          Elastometriya müayinəsi çox qısa müddətdə ərzində aparılır. Pasiyent 10-15 dəqiqə müddətində heç bir ağrı olmadan, zədəsiz müayinədən keçir. Müayinəyə ac olaraq gəlmək məsləhət görülür.

Maraqlı məlumat üçün təşəkkür edirik.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment