1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Güzəştli mənzil alanlar Azər Türk Banka elektron qaydada müraciət edəcəklər
05.07.2019

Bakı, FinanceTime. Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2019-cu il tarixli fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri ipoteka krediti hesabına ödəniş üsulu ilə yalnız ilkin razılıq qərarını almış və “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxslər seçə bilərlər.

Məhz bu səbəbdən Azər Türk Bank müştərilərinin rahatlığını fikirləşərək, ilkin razılıq qərarının alınması üçün müraciəti elektron qaydada həyata keçirir. Bu, həm çox rahat, həm də istifadəçilərin əldə edə biləcəkləri kreditin məbləğini və müddətini, kredit üzrə aylıq ödənişləri öncədən müəyyən edərək onların uyğun mənzil seçmələrinə köməkdir.

Bank mütəxəssisləri vətəndaşların sayta daxil olması, əməliyyatları rahat həyata keçirə bilmələri üçün ən optimal və sadələşdirilmiş sistem tətbiq etmişlər. Belə ki, ilkin razılıq qərarını almaq istəyən şəxs Bankın rəsmi internet səhifəsində yerləşən “MİDA” MMC xətti ilə güzəştli ipoteka kreditləri (http://atb.az/mida) bölməsinə daxil olaraq müraciətini elektron formada asanlıqla banka yönləndirə bilər. İstifadəçinin müraciətindən sonra ilkin razılıq qərarı bank tərəfindən onun elektron kabinetinin müvafiq bölməsində yerləşdirilir. Daha sonra istifadəçi bu bölməyə daxil olur və həmin qərarı elektron qaydada imzalayır. Bu barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 777 0 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment