1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


BMqT-nin Azərbaycan nümayəndəliyinin təmsilçiləri İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinə baş çəkiblər
04.07.2019

Bakı, FinanceTime. 3 iyul 2019-cu il tarixində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və nümayəndəliyin proqram meneceri Mariya Nikolovska Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında İnsan Alveri Qurbanlara Yardım Mərkəzinin direktoru Həbibə Qəribova ilə görüşmüşdür.

Vladimir Qyorqiyev Mərkəzin mövcud və potensial insan alveri qurbanları arasında dayanıqlığın və məlumatlılığın artırılması istiqamətində BMqT ilə məhsuldar əməkdaşlığa görə öz minnətdarlığını bildirdi. Qyoqiyev ehtiyacı olan şəxlərin faydalanmaları üçün gələcək əməkdaşlığın vacibliyini vurğuladı.

Həbibə Qəribova Mərkəzin imkanları və fəaliyyəti barədə qonaqlara məlumat verdi. Mərkəz artıq 14 ildir fəaliyyət göstərir və insan alveri, həmçinin məişət zorakılığına məruz qalan qurbanlara dəstək göstərir. "Mərkəzdə qurbanlara tibbi, psixoloji, hüquqi, təhsil, təlim və məşğulluqla bağlı geniş xidmətlər təklif olunur" deyə Qəribova bildirib.

Qəribova Zabrat qəsəbəsində tikilən yeni inzibati binanın Mərkəzin fəaliyyətini genişləndirməyə imkan verəcəyini qeyd etdi. Mərkəz yeni binada artıq 2020-ci ildən etibarən fəaliyyət göstərəcək.

Mariya Nikolovska öz növbəsində bildirdi ki, Mərkəzin Azərbaycanın regionlarında dayanıqlığın və məlumatlılığın artırılması istiqamətində gördüyü işlər insan alverinə qarşı mübarizə və insan alveri qurbanlarına yardım sahələrindəki ümumi məqsədlərə çatmaq üçün vacib əhəmiyyət kəsb edir.

Görüş zamanı tərəflər müntəzəm görüşlər və gələcək əməkdaşlığı davam etdirmək barədə razılığa gəldilər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment