1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Coca-Cola Məktəbli Kuboku” futbol turnirinin qalibi müəyyənləşib
02.07.2019

Bakı, FinanceTime.  “Coca-Cola Məktəbli Kuboku” yarışının 2018-2019 mövsümünün qalibi müəyyənləşib. Masallı Olimpiya Kompleksində keçirilən final qarşılaşmasında Masallı şəhər 4 saylı Digah Sakit Tağıyev adına tam orta məktəbin komandası ilə Ağdam rayonu 18 saylı köçkün tam orta məktəbin komandası üz-üzə gəlib. 5:0 hesabı ilə qalib gələn ev sahibləri “Coca-Cola Məktəbli Kuboku”nun 2018-2019-cu il mövsümünün qalibi adını qazanıblar.

Turnirin bürünc medalınıQəbələ rayon 1 saylı tam orta məktəbin komandası qazanıb.2018-2019 mövsümünün “ən yaxşı oyunçu”su adına da bu komandanın üzvü Həsən Nəzərli layiq görülüb. Mövsümün“ən məhsuldar oyunçu”su adınıBinəqədi rayonu 126 saylı tam orta məktəbin komandasının üzvü Nurlan Qurbanov qazanıb.Ağdam rayonu 18 saylı tam orta məktəbin futbolçusu Günel Əliyeva isə“Fair play” mükafatınalayiq görülüb.

Qeyd edək ki, “Coca-Cola Məktəbli Kuboku”nun finalına vəsiqə qazanmaq uğrunda 14 region və Bakının2 komandası mübarizə aparırdı.

Artıq 8 ildir ki, reallaşdırılan turnir "Coca-Cola" şirkəti, AFFA və Təhsil Nazirliyinin birgə əməkdaşlığı sayəsində ərsəyə gəlir.

Ötən ilin oktyabr ayında start götürən “Coca-Cola Məktəbli Kuboku” çərçivəsində əvvəlcə məktəblər daxilində yarışlar təşkil olunub və yığma komandalar formalaşdırılıb.Daha sonra 76 rayon təmsilçisinin iştirak etdiyiturnirdə rayon birinciləri müəyyənləşdirilib və 2019-cu ildə yarışın ikinci- “play-off” mərhələsi təşkil olunub. Nəticədə 16 komanda final mərhələsinə vəsiqə qazanıb.

Tədbirdə çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, “Coca-Cola Məktəbli Kuboku” şagirdlərdə futbola maraq oyatmaqla yanaşı, cəmiyyətdə sağlam həyat tərzinin təbliği istiqamətində də vacib layihədir:”Layihənin ərsəyə gəlməsinə töhfə verən Təhsil Nazirliyi və “Coca-Cola” şirkətinə təşəkkürümü bildirirəm. Ümid edirəm bu yarış növbəti illərdə də yüksək səviyyədə təşkil olunacaq və şagirdlərin təhsildə olduğu kimi, futbolda da qazandığı uğurlar bizi sevindirəcək.”

“Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev bildiribki, 2011-ci ildən həyata keçirilən “Coca-Cola Məktəbli Kuboku” məktəblilər üçün təşkil olunmuş ən böyük futbol turniridir:”“Coca-Cola Məktəbli Kuboku”na hər il on minlərlə məktəbli qatılır. Şagirdlər futbol həyacanı yaşayır, yeni dostlar əldə edir, dünya görüşlərini artırırlar. Bütün bunlar uşaqların ümumi inkişafına müsbət təsir göstərir.

Turnirin baş tutmasında göstərdikləri dəstək üçün AFFA və Təhsil Nazirliyinə təşəkkürümü bildirirəm. Valideynlərə və müəllimlərə çox sağ ol deyirəm ki, uşaqların futbola olan həvəsini dəstəkləyirlər, onların futbol arzularının həyata keçməsinə yardımçı olurlar.”

Final matçındansonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.Məktəbli futbolçulara kubok, fəxri diplom və xatirə hədiyyələri təqdim olunub.

Turnir haqqında ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://www.youtube.com/watch?v=EV9unUoOtfw

“Coca-Cola Məktəbli Kuboku” turnirinin 2018-19-cu il mövsümündə respublika üzrə ümumilikdə 1642 məktəb iştirak edib. Yarışda rayondaxili mərhələdən etibarən 16500 şagirdin iştirakı ilə 1550 oyun keçirilib. Ümumilikdə, 8 il ərzində yarış iştirakçılarının sayı 1 milyonu keçib ki, bu da gənclər arasında idmanın təbliğində mühüm rol oynayır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment