1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycanda ilk dəfə keçirilən tədbirə “BİR” tələbə-könüllülərdən 902 könüllülük saatı dəstək verib
02.07.2019

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı

Bakı, FinanceTime. 28-30 iyun tarixlərində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandaki Ölkə üzrə Nümayəndəliyi tərəfindən Azərbaycanda ilk dəfə “Yarat” Müasir İncəsənət Mərkəzində keçirilən inklüzivlik hakatonuna Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri dəstək verib.

İnklüzivlik hakatonunun birinci günündə iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tələbə-könüllülərin əməyini dəyərləndirərək onlarla xatirə şəkli çəkdirib.

Tədbirdə 56 “BİR” tələbə- könüllü yüksək həvəs və maraqla tədbirin uğurla həyata keçirilməsi üçün BİRliyimizi nümayiş etdiriblər.

Azərbaycanda ilk dəfə təşkil olunan inklüzivlik hakaton yüzə qədər insanı paytaxt Bakıda bir araya gətirərərək onlara əlilliyi olan müxtəlif bacarıqlara malik insanlara dəstək göstərmək üçün innovativ yeniliklər yaratmaqda kömək edib.

Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri tədbirin təşkili, qonaqların qarşılanması, məlumatlandırılması, fiziki məhdudiyyətli insanların müşayiət olunması və digər işlərdə həvəslə fəaliyyət göstəriblər.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı ölkəmizin 7 şəhərində yerləşən 37 ali və orta ixtisas təhsil müəssisəsini əhatə edir. 22,000-ə yaxın artıq könüllü bazasına sahib olan Proqram Bakı, Sumqayıt, Gəncə, Şəki, Masallı, Lənkəran və Mingəçevirdə keçirilmiş 470-dən çox müxtəlif səviyyəli tədbirləri müşaiət etmiş, bir sıra tədbir və aksiyaları təşkil etmişdir. Könüllüləri vahid məlumat bazasında birləşdirən və 2015-ci ilin dekabrından fəaliyyət göstərən Proqram Azərbaycanda könüllülük fəaliyyətinin istiqamətləndirilməsinə kömək edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment